Vəhy



Ruhda və xəyalda gördüklərim və eşitdiklərim.
Qara göyün altındakı insan kütləsi.
1 ci –V ə h y
1 Mən xəyalımda qaranlıq göyün altında böyük bir insan kütləsi gördüm,
2 Və o an bu kütlənin İman Əhli, yəni müsəlmanlar olduğunu anladınm.
3 Bu kütlənin üzərində par-par parıldayan işığa bənzər bir Nur gördüm, O canlıydl və danışa bilirdi.
4 İnsanların bəziləri başlarını qaldırıb Onu görürdülər, lakin həddindən də çoxu görmürdülər,
 5 Mən anladım ki, onların  gözləri kordu, ona görə də Onu görmüdülər.
6 Bunu biləndə mən çox təcübləndim və çox qorxdum.
7 Bu Nurun nə olduğunu bilməyi çox istədim.
8 O mənim ürəyimdəki təəcübü və marağı bilib Özü cavab Verdi.
9 Və dedi ki; “Ey Allahın sevdiyi, mən bu dünyanın Nuruyam
10 Bu insanların çoxü üçün Sirrəm, bunların çoxu Məni ancaq Qiyamət Günü tanıyacaq”
11 Və bunları eşidəndə mən çox pis oldum və ağlamağa başıadım.
12 Mən çox istədim ki, hamı Onu görsün, amma heç nə edə bilmədim...

İslam ümməti Rəbbin taxtı qarşısında
2 ci –V ə h y
1.Mən bütün İslam ümmətini Rəbbin taxtı qarşısında gördüm.
2.Başda peyğəmbər, sonra səhabələr və imamlar, daha sonra İslam din alimləri, yazıçıları, şairləri, böyükləri, və onlardan arxada kiçiklər, bütün müsəlmanlar durmuşdu.
3.Onların hamısı diz çökmüşdü.
4.Və onların hamısı Rəbbin Oğlunu dünyada inkar etdiklərinə görə mühakimə olunurdu.
5.Onlar əsasən 3 böyük günaha görə mühakimə olunurdu, birincisi Rəbbin Oğlunu dandıqlarına görə, ikincisi insanları daim lənətlədiklərinə görə, və insanları daim mühakimə etdiklərinə görə.
6.Və dünyada bu 3 böyük günahı bu ümmətin övladlarından çox edən olmadı.


Qiyamət Günü və peğəmbərlər.
3 cü –V ə h y
1 Mən bütün peyğəmbərləri Allahın hüzürunda duran gördüm, onların sayı minlərlə idi.
2 Mən Allahı görmədim, amma sanki günəşə bənzəyirdi, və Ona baxmaq mümkün deyildi.
3 Peyğəmvərlərin içində biri də var idi ki, O başqalarına bənzəmirdi.
4 O üzə çıxdı və mən gördüm ki, Ondan saçan nur, Allahdan saçan nura çox oxşayır.
5 Və mən onun Kim olduğunu anladım; Bu nəsranilərin peyğəmbəri olan İsa Məsih idi.
6 Mən bir çox ilahi varlıqlar da gördüm, onlar da  İsaya bənzəyirdilər, və onlar sevinirdilər, çünki bu günü çoxdan gözləyirdilər.

Gülüstan
4 cü –V ə h y
1 Böyük bir Xiyaban gördüm, xiyabanın da üstündə 3 rəngli göy qurşağı varıydı.
2 Xiyaban başdan başa bütünlklə gül-çikəkdən ibarət idi.
3 Amma gün-çiçəyin hamısı tumurcuq idi, və hələ açmamışdılar.
4 Sonra görüm ki, göydən işıq gəldi və Allahın Ruhu bəzi güllərin üstünə düşdü və onlar dərhal çiçək açdı.
5 Güllər çiçək açan ki, aləmə nur saçdılar və ətraf əməlli başlı nurlaşdı.
6 Bir müddət sonra çiçək açan güllər soldu və qurudu, lakin onlarda olan nur sönmədi, göyə qaxdı.
7 Güllərdən hər bir neçə mindən biri çiçək açıb soldu, qalan bütün güllər çiçək açmayaraq tumurcuq ikən solub qurudu.
8 Bu Gülüstan dünyanın ən böyük xalqlarından biridi.

Əjdaha və ona inananlar
5 ci –V ə h y
1 Dünyaya kənardan baxdım və məğribdən məşriqə kimi saysız-hesabsız insan kütləsinin “Müqəddəs” sayılan şəhərdə oturan Əjdahaya səcdə qıldığını gördüm.
2 İnsanlar gündə ona bir neçə dəfə səcdə qılırdı və o, onlar ona hər dəfə səcdə qılanda zövq alırdı və başını yuxarı qaldırıb nərildəyirdi.
3 Lakin insanlar onu nə görür, nə də eşidə bilirdi.
4 Bu əjdaha insanları haqq yoldan azdıran İblisin özü idi.
5 O, Tanriya layiq olan Adı özünə götürmüşdü və insanları onu bu adla çağırmağı öyrətmişdi.
6 Bu səcdə qılan insanların çoxu Tanrıya ibadət etdiklərini düşünürdü, amma əslində onlar Şeytana ibadət edirdilər.
7 Şeytan insanlara yalan təlim öyrədir, və Həqiqi müjdəyə zidd müjdə verərək insanları aldadır, və onları əsasən 3 şeylə ruhlandırıb aldadırdı, vu 3 şey də əbədi həyat, əbədi nemət  və əbədi cinsi əlaqə.
7 O elə bir kitab hazırladı ki, insanlar onu oxuyanda çox təəcübləndilər, və o kitabın Allahdan olmasına inandılar, və o kitaba böyük hörmət etdilər.
8 İblis bu insanlara göydə və yerdə daha bir çox əlamətlər göstərdi, və insanlar bunu görərkən ürəklərində onun  təliminə inamları bir az da artdı.
9 Bu insanların yaşadıqları yerlər Tanrının Xalqının yaşadıqları yerlərdən pis idi.Onların yaşadıqları yerlər əsasən səhralardan və düzənliklərdən ibarət idi, bu da onlara gələcəyi görən Tanrı tərəfindən bir cəza idi.
10 Onların yaşadıqları ölkələrin sayı 66, Əjdahanın qanadlarının sayı 666,  “Müqəddəs” saydıqları kitabdakı cümlələrin sayı da 6666 idi.


Nəsranilər və onların daxilindəyi nur.
6 ci –V ə h y
1 Yer üzündə yaşayan bütün insanları; Allaha ibadət edənləri və ibadət etməyənləri gördüm.
2 Amma bunların arasında bir firqə varıydı ki, başqalarından seçilirdi, və bu da nəsranilər idi.
3 OnlarIn çoxunun içində nur varıydı, və onlar dua edəndə onlardan saçan nurun parıltısını gurlaşdığını gördüm.
4 Və insanların çoxu onlardan saçan nurun ətrafına yığışdı.
5 Mən müsəlmaları və başqalarını da gördüm, ancaq onların içində nur yox idi. 6 Mən göydə uçan bir mələyi də gördüm, o mənim təəcüb içində baxdığımı görüb mənə dedi;
7 "Niyə təəcüblənirsən, ey Allahın sevdiyi? O nəsranilərin daxilindəyi nur Allahım Ruhudur ki, onlar Allahdan istədiyi üçün verilib, amma İman Əhli (yəni müsəlmanlar) istəmədiyi üçün onlara veilməyib"
8 Mən çox istədim ki, İman Əhlinə də bu Ruhdan verilsin, və çox üzüldüm...

İnsanların cinləri necə qovması.
7 ci –V ə h y
1 Yer üzündə insanların cinləri necə qovduqlarının şahidi oldum.
2 İnsanlar onları müxtəlif adlarla və sözlərlə qovmağa çalışırdılar, lakin, bir tək nəsranilərdən başqa onların heç birində alınmırdı.
3 Onlar, yəni nəsranilər o cinləri (hansılar ki, bəziləri böyük idi, bəziləri kiçik, güclüləri və zəifləri də var idi) öz peyğəmbərinin adıyla qovurdular.
4 Onlar O Adı çəkəndə (yəni İsanın adını) Allahdan od yağıb onları külə döndərirdi, və onlar qaçırdılar.
5 Onun adıyla nəsranilərin daha bir çox möcüzələrinin şahidi oldum, lakin yer üzündə yaşayan insanlarının çoxu bu Adın gücündən bixəbər idi, və ancaq o Günü (yəni Qiyamət Günü) O Adın niyə möhtəşəm olduğunu biləcəklər, və bir çoxları bunu gec bildlikləri üçün çox ağlayacaq, lakin bunun bir xeyri olmayacaq,
6 Əbədi Yaşayan onları, Onun Sözünə inanmadıqları üçün bağışlamayacaq.

Quyular və quyulardakı adamlar.
8 ci –V ə h y
1 Saysız hesabsız dərin quyular gördüm və onların içində çabalayan insanları.
2 O quyuların içində İman Əhlindən də çox olanı var idi.
3 Onlar ha çabalayır, lakin çoxu quyulardan çıxa bilmirdələr, onların bəziləri dincini alır və bir də çıxmağa cəhd eliyirdilər, az qismi çıxır, lakin böyük bir hissəsi isə çıxa bilmirdi.
4 Onların bir çoxu ümidsiz halda quyularda oturmuşdu, hətta mübarizə belə aparmırdılar.
5 Xilasa nail olmaq üçün onlar o quyulardan çıxmalı idilər, bəzilıəri bunu bilir, bəziləri isə bilmirdilər.
6 O quyular Şeytanın qazdığı qürur quyuları idi.

Böyük kitab
9 cu –V ə h y
1 Mən insanların böyük bir kitabı oxuduğunu gördüm, və anladım ki, bu Əl-Qurandır.
2 Lakin, oxuyanların çoxu o kitabda bəhs edilən Nurun həyatını araşdırmadılar.
3 Və Qiyamət Günü çox peşmançıq keçirəcəklər, ancaq O Gün  peşmançılığın bir faydası olmaz.

Yalançı peyğəmbər və İsa Məsih
10 cu –V ə h y
1 Ya İman Əhli, yer üzündə yalançı peyğəmbərlər çox olub, lakin bunlardan biri var ki, Qiyamət Günü siz onun yalançı olduğunu biləndə dəhşətə gələssiniz.
2 O Dəhşətli Gün siz iki şeyə görə çox təcüblənəssiniz; Birincisi - həmin peyğəmbərin yalançı olduğunu biləndə, ikincisi isə - İsa Məsihin kim olduğunu biləndə.

Böyük qara göl və balıqçılar
11 ci –V ə h y
1 Mən böyük bir göl gördüm, gölün süyü qara rəngdəydi, və gölün ətrafında çoxlu balıqçılar var idi.
2 Onların bəziləri oturmuş halda tilovlarını atmışdılar, bəziləri də ayaq üstə.
3 Ayaq üstə olanlar həyəcanlı idilər, mən hiss elədim ki, onlar çox tutmaq istəyirdilər və buna görə də onlar ayaq üstəydi və narahat idilər.
4 Mən fikir verdim ki, onların tilovlarına "Allah Kəlamı" sözü yazılıb, və ən təcüblisi də bu idi ki, onlar balıq deyil, adam tuturdular, mən bunu görəndə çox qorxdum, çünki çox qəribə mənzərə idi.
5 Və bir səs mənə dedi ki; "Ey Allahın sevdiyi, qorxma, onlar Allah Taalanın seçdiyi kimsələrdi, o adamları yemək üçün deyil, Allah üçün tuturlar ki, həmin adamlar da ömrünü Allaha həsr etsinlər"
6 Mən diqqətlə baxdım ki, balıqçıların bəzilərinin tilovu yox idi, amma onlar da boş durmurdular, və balıqçıların çox insan turması üçün dayanmadan dua edirdilər.
7 Balıqçıların elələri varıydiki həddən çox insan tutur, çox sevinir, və bu işdən zövq alırdılar, amma onlardan bəziləri də var idi ki, az tuturdular, bir başqaları da var idi ki, səbrsizlik göstərib tilovlarını atıb oradan uzaqlaşırdılar.
8 Uzaqlaşan balıqçılardan bəziləri yenə qayıdıb tilovlarını götürüb yenə gölə atırdıar, lakin onlardan bir çoxları geri qayıtmadı.
9 Bu mənim son günlərdə gördüyüm ən qəribə mənzərələrdən biriydi və çox qorxuluydu.
10 Və Allah məndən istədi ki, xəyalımda gördüklərimi burada yazım.
11 Mənim yazdıqlarımı bəziləriniz tez anlayacaq, bəziləriniz gec, və bir çoxlarınız bu dünyada heç zaman.

Ağ əbalı peyğəmbər.
12 ci –V ə h y
1 Yerin düz mərkəzinə yaxın hissəsində mən ağ əbalı bir peyğəmbər gördüm.
2 Ondan nur saçırdı və bu nur bütün dünyanı işıqlandırırdı.
3 O adamın yanında böyük bir izdiham var idi və O hansı tərıəfə gedirdisə o insan kütləsi də Onun arxasınca geirdi.
4 O Həqiqəti yer üzünə yayırdı.
4 Qoyun balaları ac qarına analarına tərəf necə qaçırsa, bir çox insanlar da o adamdakı nuru görüb sevinə-sevinə və böyük təəcüb içində Onun nurunun işığına tərəf qaçırdı.
5 Lakin insanların bir çoxu Onun  nurundan qorxub qaçırdı, və onlar əllərini üzlərinə elə tuturdular ki, sanki qorxurdular ki, Onun nurunun işığı onları kor edəcək.
6 Şeytanın və cinlərin hamısı Ondan saçan nurdan qorxurdu və qorxu içində Ona tərəf baxırdılar.
7 Onlar istəyirdilər ki, O nuru söndürsünlər ki, insanlar Onun ətrafına toplaşmasınlar, lakin Ona heç nə edə bilmədilər.
8 Və bir müddət sonra o adam göyə, Allahın yanına qalxdı, lakin nuru yerdə, ona inanalarda qaldı.

Həqiqi Sahib əz-Zaman.
13 cü –V ə h y
1 Bir çoxları başqalarina ümid verərək gələcəkdə gəlib yer üzündə ədaləti bərpa edəcəyini deyib, amma mən nəsranilərin peyğəmbərindən başqa gələni görmədim.
2 Onun gəlişi çox möhtəşəm olacaq, O buludların üzərində aləmə nür saça-saça, müqəddəs mələklərin əhatəsində göydən yerə enəcək, və bütün dünya Onun gəlişini görüb çox təcüblənəcək.
3 Bütün ümmətlər, İman Əhli də Onun gəlişini görüb Ona biət edəcək.
4 O yerin mərkəzinə yaxın bir yerdə taxtını quracaq və dünyanı ədalətlə idarə edəcək və insanlar Onu, yəni Zamanın Sahibini çox sevəcək və gecə gündüz Ona şükr edəcək. 5 Həqiqətən Onu gəlişi çox möhtəşəm olacaq, yer üzündə müharibələrə, əxlaqsızləğa və bütün pis əməllərə son qoyulacaq, çünki O Qüdrətlidir və eymi zamanda hər yerdədir və Onun qorsusundan insanlar artıq günah etməyəcək.

Əhlil İman sahəsi və ağ libası adamlar
14 cü –V ə h y
Əzizlərim, sizləri çox sevirəm və sizin qurtuluşunuzu çox istəyirəm və və Allah ürəyimdəkiləri görür və mən sizi düşündükcə, O mənə, sizə aid bir çox görmələr göstərir. Onlardan biri də budur:
1 Görürəm ki, yaxşı bellənmiş böyük bir əkin sahəsi var, və sahəyə “Əhlil İman” sahəsi deyildiyini eşitdim.
2 Sonra gördüm ki, ağ libaslı adamlar, hansılar ki, onların içində kişilər də var idi, qadınlar da, uşaqlar da, cavanlar və qocalar da - əkin sahəsinə doğru gəlməyə başladı. 3 Onlar hamısı bir yolnan gəlirdi, və gördüm ki, hamısının - uşaqların da, böyüklərin də başında qızıldan tac var idi.
4 Və ən qəribəsi də bu idi ki, mən özümü də həmin adamların arasında görürdüm.
5 Onların hamısında xurcun var idi, və xurcunlarına "Allah Kəlamı" sözü yzılmışdı.
6 Və onlar başladılar sevinə - sevinə və oxuya-oxuya sahəyə toxum səpməyə, və hamısı da eyni mahnını oxuyurdu.
7 Onlar sahənin böyük bir hissəsinə toxum səpib, gəldikləri yolnan da geri qayıtdılar.
8 Onların gedəndən sonra gördüm ki, sahədən müxtəlif rəngli və ətirli güllər və çiçəklər çıxmağa başladı.
9 Və bir müddət sonra yerin cürbəcür vəhşi heyvanları və göyün quşları sahəyə hücum çəkməyə başladı.
10 Onlar yem üçün deyil, məhv etmək üçün gəlmişdilər.
11 Heyvanlar ağızları və pəncələri ilə, quşlar dimdikləri və caynağları ilə və nifrətlə gül-çiçəyi məhv etməyə başladılar.
12 Və bir müddət sonra əldən düşüb çıxıb getdilər.
13 Onlar gedəndən sonra ağ libaslı adamlar yenidən həmin yolnan sahəyə gəldilər.
14 Onlar gül-çiçəyin bir hissəsinin məhv olduğunu görüncə üzülsələr də, zərər çəkməmiş gül-çiçəkləri sevinə-sevinə  və Allaha həmd edə-edə yığmağa başladılar.
15 Və zərər çəkməmiş bütün gül-çiçəyi dərib həmin yolnan da çıxıb getdilər.

Allahın ordusu və Şeytanın otdusu arasında böyük döyüş.
15 ci –V ə h y

1 Mən böyük bir döyüş meydanı gördüm, və bu meydanda iki böyük ordunun üz-üzə gəlməsinin şahidi oldum, bunlardan birinin Şeytanın cin ordusunun olduğunu anladın, çünki onları əvvəllər də görmüşdüm, lakim bu miqdarda yox.
2 Onlar abbasi ərəb orduları kimi qara geymişdi, və hamısi yaxşı silahlanmışdılr.
3 Onların başlarında dəbilqə, əyinlərinda zireh, və zirehin də üstündən qara libas var idi və hamısı yaxşı silahlanmışdılar.
4 Silahları:uzun nizələrdən, əyri qılınclardan, və oxlardan ibarət idi.
5 Onlar bədheybət görünürdü və aslan dişlərinə oxşar dişləri və uzun saçları var idi, ucadan bir ağızdan nərildəyirdilər.
6 Onlar bölük-bölük düzülmüşdülər və hər bölüyün öz bayrağı var idi.
7 Bayraqlar hamısı qara rəngdəydi, lakin hər bölüyün bayrağına cürbəcür belə sözlər "Namus", "qəzəb","şəhvət","zina" "cinayət","intihar","içki","yalan","kin","nifrət","şər" və digər xaşagəlməz sözlər yazılmışdı.
8  Onların qabaqlarında və arxalarında hər millətdən olan saysız hesabsız insan kütləsi gedirdi.
9 O insanları onlar, özləri üçün döyüşmək üçün qabaqlarına və arxalarına qatıb aparırdılar.
10 Və onların çoxuna qılınc verilmişdi, və onlar bir birinə zəncirlənmişdilər.
11 Onların bir çoxu cinlər üçün vuruşmaq istəmirdilər, lakin məcbur idilər, amma bir çoxları özləri könülü istəyirdilər vuruşmağa, və çox çalışırdılar.
12 Mən onlara qarşı dayanan Allahın ordusunu da gördüm, düzdü Allahın ordusu sayca az idi, lakin onların zirehlərinin, qalxanlarının və digər silahlarının daha yaxşı və güclü olduğunu gördüm.
13 Onların hamısının əynində zireh, əllərində böyük qalxan, uzun nizə və iti qılınclar var idi.
14 Onların içində qocalar, cavanlar və uşaqlar, hətta qadınlar da var idi.
15 Onların hamısının başlarında qızıldan tac var idi və əyinlərindəki zirehləri, hətta qılıncları və qalxanları da qızıldan idi, əyinlərində də ağ qızıllı rəngdə libaslar var idi, və bunu zirehin üstündən geymişdilər.
16 Onların qalxanlarına "İman" qılınclarına isə "Allah Kəlamı" sözü yazılmışdı.
17 Bu ordunun düzülüşü sanki cəngavər xaçlı ordularının düzülüşünü xatırladırdı, lakin mən onların nə bayraqlarında, nə əyinlərində, nə də qalxanlarında xaç görmədim, 18 Bayraqlarına da "Sevgi", "Sülh","Mərhəmət", "Allah Kəlamı" və digər xoş sözlər yazılmışdı.
18 Cin ordusu onları görən an onları oxa tutub hücüma keçdilər, lakin mən Allahın əsgərlərindən yaralanları görsəm də, ölən olduğunu görmədim.
19 Və onlar da Şeytanın ordusuna qarşı hücüma keçdilər.
20 Mən döyüşü izləyəndə onların nə üçün döyüşdüyünü anladım, döyüş cinlərin əsirliyində olan inasanların canı uğrunda gedirdi.
21 Allahın ordusu irəliləyib cinlərin dustaq etdikləri saysız hesabsız insanları azad edirdilər və mən fikir verdim ki, onlar insananları öldürmürdülər, lakin tərk-silah edib öz tərəflərinə çəkirdilər və xilas olanlar iki əllərini göyə qaldırıb Yaşayan Allaha həmd edirdilər.
22 Lakin bir çox insanlar onlar tərəfə keçmək istəmirdi, və cinlərin tərəfində onlara qarşı hey döyüşürdülər, onlardan hədsiz əldən düşənləri isə cinlər özləri öldürürdülər, və Allahın ordusuna tərəf keçmək istəyənləri də onlar öldürürüdülər.
23 Lakin buna baxmayaraq, Allahın ordusu saysız hesabsız ümmətlərdən olan insan kütləsini dustaqlıqdan azad etdilər.
24 Allahın ordusunun başında ağ atın belində, başında çoxlu tacları olan bir cəngavər döyüşürdü.
25  O hamıdan seçilirdi və döyüşə rəhbərlik edirdi, və onlar nə qədər adam azad etdilərsə də O cəngavərin sayəsində azad etdilər.
26 Onun gözləri sanki alov kimiydi, və aslan nərə çəkən kimi nərə çəkirdi və şir kimi döyüşürdü.
27 Mən döyüşün necə qurtaracağını görmədim, lakin sahsız-hesabsız insan kütləsinin azad olunmasını görüb çox sevindim, və azad olanlara da özlərindəki kimi döyüş silahları və zireh verildi.
28 Azad olunananların içində İman Əhlindən də çox olanı var idi, onların sayı milyonlarla idi, və xilas olunanda çox sevinirdilər.

Cinlər
16 cı –V ə h y
1 Mən  cinləri bölü-bölük oturan gördüm, onlar öz aralarında danışıb gülür, lağ-lağı edir, və söyüşlə zarafat edirdilər.
2 Onların danışıq tərzi yekəxana və avara oğlanların, və əxlaqsız qadınların danışıq tərzinə çox bənzəyirdi.
3 Və onların danışığını eşidəndə mən anladım ki, insanları onlar özlərinə oxşadıblar…

NUR
17 ci –V ə h y
1 Yerin düz mərkəzinə yaxın bir hissəsində mən bir nur gördüm, ondan saçan nur bütün aləmi nurlandırırdı.
2 Və mən gördüm ki, bu nur olduğu yerdən çoxalmağa başladı, və aləmə yayıldı.
3 Şeytanın, onun cınlərinin və yoldan azdırdığı ümmətlərin, hansılar ki, aralaraında saysız hesabsız müsəlmanların da olduğu insanların bu nuru məhv etmək istədiyini gördüm.
4 Onlar çalışırdılar ki, bu nur daha aləmə yayılmasın, və ona görə də onu məhv etmək istəyidilər və bəzən onun qarşısını müəyyən müddətə ala bilirdilər, lakin əbədi yox, çünki onun yayılması Haqqı Taalanın istəyi idi.
5 Və nur aləmə yayıldıqca dünya daha da nurlanırdı.
6 Bu nur dünyada ən çox çap olunan kitabdır.

Cinlər və xəstəliklər.
18 ci –V ə h y
1 Böyük bir sahə gördüm, sahədə dəstələrə bölünərək saysız hesabsız cin ruhları varıydı.
2 Onlar bardaş qurub yerdə oturaraq kiçik dəstələrə bölünmüşdülər.
3 Onlar insan kimi gülüb zarafat edərək bir biriləri ilə söhbət edirdilər.
4 Onların nə danışdığını anlamadım, lakin fikir verib gördüm ki, onların alınlarında belə sözlər yazılıb;"Spid", "xərçəng", "vəba", "taun", "qarayara", "ebola", və s.
5 Mən anladım ki, sən demə yer üzündə xəstəlıik yaradan bu cin ruhları imiş.
6 Bu xəstəliklərin çoxu 6 minillik dünya tarixinda mövcud olub, və bir çox insanları qırmışdı, bəziləri indi də dünyada mövcuddur, lakin ən dəhşətlıləri hələ dünyada yoxdur, onlar öz vaxtını gözləyir, və onlar zühur edəndə bir çox insaları məhv edəcək.
7 İnsanlar bu xəstəlıklərdən qurtulmaq üçün özlərinə ölüm diləyəcək.
8 İnsanlar Allahın Yeganə Oğluna inanmadıqlarına görə, Allah da onlara bu bəlaları göndərəcək, lakin bütün bu bəlalar evlərində Onu qanı (yəni Məsihin) olanlardan yan keçəcək, və onlara zərər verməyəcək.

Ümmətlər və onların üzərinə çökmüş cin ruhları.
19 cu –V ə h y
1 Ey sevimlilərim, xəyalımda gördüyüm görüntülərdən biri də budur:
2 Görürəm ki, dünyaya kənardan baxıram, və dünyada saysız-hesabsız ümmətləri topa halında, ayrı-ayrılıqda cəm olduğunu gördüm.
3 Onlar cürbəcür rəngdə olan libaslar geymişdilər:yaşıl, ağ, qara, qırmızı, çəhrayı və s.
4 Bu cəmləşən insanların başqa-başqa dinlərdə olduğunu başa düşdüm.
5 Və bu ümmətlərin üzərinə İblisin müxtəlif cinləri çökmüşdü, və o cin ruhları qanadlərı ilə o firqələri örtmüşdü və hərəsi öz firqəsini başqasından qoruyaraq tək özü onlardan istifadə edirdi.
6 Yaşıl və ağ rəngdə olan ümmətin üzərinə çökmüş cin ruhu başqalarından iriliyi və gücü ilə seçilirdi, və qanadlarının sayı da o birilərindən çox idi, qanadlarının cəmi sayı 666 idi.
Və mən Həqiqi Allaha ibadət edənlərin o cin ruhlarına qarşı savaşdığını da gördüm.
8 O adamlarda ilahi güc var idi, və cin ruhları o adamlardan çox qorxurdu, və insan zəhərli ilana necə qorxa-qorxa baxırsa, onlar da həmin adamlara elə baxırdı, və kürd toyuq necə kimsəyi cücələrinə yaxın buraxmadığı kimi, o cinlər də o adamları çalışırdılar öz ümmətlərinə yaxın buraxmasınlar, bəzən buna müəssər olsalar da, çox vaxt buna müəssər olmurdular, və ilahi gücə sahib olub, yaşayan Allallahın möhürünə sahib olan o adamlar bir çox insanları o cinlərdən azad etdilər.
9 Azad olunmuşlar sevinərək Yaşayan Allaha həmd edərək Ona səcdə etdilər.
10 Cinlər o ümmətləri Cəhənnəm üçün qoruyub saxlayırdılar.
11 Və uzun müddət sonra Allah Taala bütün ümmətləi bir anda yox etdi, və gördüm ki, yer üzündə İsa Məsihin ümmətindən başqa bir ümmət qalmayıb.
12 İlahi gücə sahib olan o adamlar, və cinlərdən azad olunmuşlar Onunla bir yerdə səltənit sürdülər.

Göyə qalxan yol və vəhşi it.
20 –ci V ə h y
1 Ruhda gördüyüm görüntülərdən biri də budur:
2 Görürəm böyük bir yol var və bu yol yerdən göyə qalxır.
3 Yol ensiz, lakin həddən artıq uzun idi.
4 Bu yolla çoxlu insan gedirdi və yolun kənarında zəncirli vəhşi it varıydı.
4 Bu vəhşi it çox böyük idi və gələnlərə dayanmadan hürür, və insanların bu yolla göyə qalxmasına mane olmaq istəyirdi.
5 Yolla gednənlərin bəziləri itə belə baxmadan, bəziləri itdən qorxsa da, yenə yolnan getməyə davam etdi.
6 Lakin həddən çox insanlar itdən qorxub geri qayıtdı.
7 Bundan əlavə saysız-hesabsız insan kütləsi yolun ətrafında dayanmışdılar.
8 Onlar yola belə baxmırdılar, yolnan yuxarı qalxanların çoxu həmin insan kütləsini  özlərinə tərəf çağırsalar da, onlar çağıranlara məhəl qoymuyub yola tərəf gəlmədilər, bəziləri hətta çağıranlara gülürdülər.
9 Onların yola tərəf  baxmadığımı görüb, mən elə zənn etdim ki, onlar kordurlar, lakin asan gəzib dolaşdıqlarına görə başa düşdüm ki, onlar kor ola bolməzlər.
10 Və bir müddər sonra hər şey yox oldu, yol da, vəhşi it də və insanlar da.
11 Sonra gördüm ki, Qiyamət başladı, və it də, itdən qorxub geri qayıdanlar da, və çağırılıb yolla getməyən bütün insanlar da odlu gölə atıldı.Bu ikinci və əbədi ölümdü.X
12 Xilas olunanlar yalnız yolnan göyə qalxanlar oldu və onların hərəsinə qızıldan bir tac verildi.

Yeni ümmət və min illik qüdrət
21 –ci V ə h y
1.Dörddə üç hissəsi su olan yerə şəririn düşdüyünü gördüm.
2.O yeni təlim yaratdı, bu təlimi möcüzə və əlamətlərlə qüvvətləndirərək az bir müddətə buna çox adamı inandırdı, və beləliklə yeni ümmətin əsasını qoydu.
3.Və cin orduları bu ümmətin ordularını qüvvətləndirərək bütün dünyanı fəth etmək  üçün o yerdən çıxdı.
4.Onların qabağında heç bir güc dayana bilmirdi, Müqəddəs Şəhər də onların əlinə keçdi.
5.Bu cin və insan orduları bir müddətə qırxa yaxın ölkəni aldı və fəth edilən ölkələrdə də bu təlimi yaydı.
6.Onların qarşısını almaq üçün  Rəbb onlara qarşı döyüşən ordulara kömək üçün Öz mələklərini göndərdi və dünyanın 7 nöqtəsində onların qarşısı alındı.
7.Birincisi Misirdən cənubda, İkinci məqribdə, üçüncü Firəngistanın cənubunda, dördüncü Konstantiniyyədə, beşinci Bələncərdə, altıncı Çin qapısında, və yeddincisi də Sind vadisində.
8.Fəth dayandırıldı, amma ümmət aradan getmədi.
9.Bu ümmətə 1000 illik qüdrət verildi, ilk qurulan səltənət dağılsa da ondan sonra daha 6 qüdrtəli səltənət quruldu, və yeddinci səltənət zəiflədiləndən sonra bu ümmətdən qüdrət alındı, və bir daha bu ümmətə güc verilmədi.
10.Bu ümmətin olduğu ölkələr qaranlıqdı, və Rəbbin elmindən, Ruhundan və cəlalından mərhumdu.

Ölkə və böyük döyüş
22 –ci V ə h y
1. Uzunluğu 2000 km, eni 1000 km olan bir ölkə gördüm.
2.Ölkənin üzərində səma 3 rəngə çalırdı və səmada  Şeytanın əlamətlərindən biri varıydı.
3.Ölkənin daxilində böyük boşluq varıydı və bu boşluqda bir dəstə nizamı şəkildə durub döyüş əmri gözləyirdi.
4.İlk cərgədə 12 nəfər, onlardan arxada 70 nəfər, və üçüncü cərgədə minlərlə döyüşcü əlində siyirmə qılıc durmuşdu.
5.Onların hamısı hərbi zireh geyınmişdi, zirehin altında ağ qızılı rəngli uzun xalat və başlarında da dəbilqə varıydı.
6.İlk 2 cərgədə ancaq kişilər durmuşdu, üçüncü cərgə isə kişilərdən, qadınlardan və uşaqlardan ibarət idi, və hamısının başlarında tac varıydı, tacları dəbilqənin üstündən taxmışdılar.
7.Onların hamısının uzun ağ saçları varıydı, ilk iki cərgədə duranlar uzun ağ saqqalı, amma üçüncü cərgədəkilər saqqalsız idilər və hamısı dayanmadan ilahilər oxuyurdu.
8.Bu hərbi dəstədə çoxlu ağ bayraqlar varıydı, bayraqlarda “Rəbb yolunda”, Rəbbə izzət”, “Bütün şöhrət Tanrıya” sözləri yazılmışdı.
9.Onlardan xeyli aralıda böyük bir ordunun  onlara sarı irəlilədiyinin şahidi oldum.
10.Onların hamısı süvari idi, fikir verib gördüm ki, onların mindikləri at deyil, insanlardı, və onlarda oturanlar cin ruhları idi.
11.Cinlər bu adamları at əvəzi minmişdilər, onlar mindikləri adamlara yəhər keçirmişdilər, bir əlləri ilə yəhərdən tuturdular, o biri əllərində isə şallaq varıydı, və mindikləri insanları şallaqla döyürdülər.
12.Onların bir yekə bayrağı varıydı və bu bayraqda Şeytanın əlaməti və çox guşəli ulduz varıydı.
13.Onların sayı həddən artıq çox idi və nərildəyə-nərildəyə irəliləyirdilər.
14.Onlar bir ağızdan allahlarının adını çəkəndə sanki göy titrədi.
15.Bu bədheybətlər ağ qızılı libas gemiş dəstəyə çatanda göylər yarıldı və ağ atın belində, başında da çoxlu tac olan süvari göydən  nur saça-saça yerə endi və dəsətnin qabağında durdu.Dəstə onu görəndə çox sevindi bir ağızdan onu ucadan salamlamladı.
16.Ağ atlı süvari “Övladlarım irəli!” deyərək  dəstəsini  birinci olaraq cin ordusuna hücuma apardı, və çətinliklə də olsa xeyli irəlilədi.
17.Onların hamısı müqəddəs idilər və cavanları da, yaşlıları da, qadınları da şir kimi vuruşurdular.
18.Ağ atlı süvarinin dəstəsi çoxlu insanları cinlərdən azad etdilər, lakin o insanların həddindən çoxunu xilas etmək mümkün olmadı.

Uçuruma gedən böyük kütlə
23 –ci V ə h y
1.Saysız hesabsız insanların əyri yolla uçuruma getdiyini gördüm.
2.Onlara fikir verdim, hamısı qara geyinmişdi, və əllərində nəyisə sinələrinə sıxa-sıxa gedirdilər.
3.Onlara sayı qum dənələrindən çox idi.
4.Dəhşətə gəlib onlara yaxınlaşıb dedim: ” Ə hara gedirsiniz, görmürsünüz uçurum var qabaqda?”
5.Bəziləri qəzəbli şəkildə, bəziləri də gülə-gülə mənə cavab verib dedilər ki; “Biz uçuruma getmirik, biz haqq yolunda irəliləyirik”.
6.Onların hamısı ümidlərinə hansısa inandıqları müqəddəslərə bağlamışıdılar, amma o inandıqları müqəddəs deyildi.
7.İnsanlar uçuruma yaxınlaşır, və ordan bir-bir aşağı yuvarlanırdılar, lakin uçurama düşdüklərini ancaq oradan yıxılandan sonra anlayırdılar.
8.Onları böyük əksəriyyəti məhv oldu, amma gözlədikləri müqəddəslər peyda olmadı.
9.Bəziləri bu yolun uçuruma getdiyini gec də olsa anlayırdı, və kütlədən ayrılırdı, amma insanların qalan hissəsi uçurumdan xilas ola bilmədi.
10.Onlardan ayrılıb hündürdən baxıb fikir verdim ki, bu uçuruma gedən yol sanki qıvrılmış ilana bənzəyir və söz şəklindəydi və mən bu sözü oxuyub anladım.
11.Bu söz dünyada olan ən böyük ümmətlərdən birinin ilahının adıydı.

Ən böyük günahlardan biri.
24 –ci V ə h y
1.Böyük bir cin ordusunun yuxarıdan dünyaya doğru gəldiyini gördüm.
2.Onların sayı o qədər çoxuydu ki, bütün dünya ordularını toplasalar da bu qədər etməzdi.
3.Onlar bölük-bölük nizami şəkildə enirdilər, və hamısı da gümrah və həvəsli görünürdülər.
4.Onların nə məqsədlə gəldiyini bilmək üçün birindən soruşdum, o da başını bir az çöndərib üzümə baxmadan dedi” Biz İblisin ləşkəriyik, insanları ən böyük günahlardan birinə batırmaq üçün gəlirik”. Mən soruşdum hansı günaha?  O da dedi ki; “Əbədi yaşayanın Oğlunun  təkzibinə.Onun Oğlunu dananın canı əbədi ondan ayrılacaq”. Sonra yanındakına güləriüz naməlum dildə nəsə dedi.
5.Onların hamısı bir yolnan gəlirdilər, amma dünyaya çatanda 77 yerə bölünüb dünyaya səpələndilər.
6.Mən gördüm ki, onların bütün insnlarla işi yoxuyudu, onlar ancaq kimin içində Allahın Oğlunu tanımaq marağı varıydı o insanlara qarşı savaşırdılar.
7.Kimin ki, daxilində Allahın Oğluna maraq yaranırdı, onların  düşüncələrində işıq parlayırdı, və cinlər o insanları mühasisrəyə alıb o işığı söndürməyə çalışırdı.
8.Elə olurdu ki, bir nəfərin üstünə 7 cin ruhu düşürdü, və elə də olurdu ki, 7 nəfərin üstünə 1 cin düşürdü.
9.Və insanların böyük əksəriyyəti cinlərin təsiri ilə Allahın Oğlunu təkzib etdilər.
10.Kim ki, Allahın Oğluna inanmaq istəyirdi, onlar insanları döyərək bağırırdılar, deyirdilər ki;”De ki Allahın Oğlu yoxdu, Allahın Oğlu ola bilməz, Allah Təkdi, Allaha şərik qoşmayın”
11.İnsanlar cinləri nə eşidir, nə də onlar vurduqlarını bilirdilər, amma cinlər onları vuranda onlar əsəbiləşirdilər, və cinlərin dediklərini başqa insanlara təkrar edirdilər.
12.Və insanların böyük əksəriyyəti Allahın Oğlunu təkzib etdi.Bu həmin ümmətin övladları idi ki, dünyada bu ümmətdən çox Allahın Oğlunu danan olmayıb.
13.Və onlar hər dəfə Rəbbin Oğlunu dananda göydə göz yaşı peyda olurdu.

İki əl.
25 –ci V ə h y
1.Böyük bir əl gördüm və baxıb gördüm ki, bu əlin içində saysız-hesabsız insan canı var və o, o canları ovcunda sıxıb saxlamışdı.
2.Sonra nur saçan başqa bir əl peyda oldu və o biri əl ovcunu açdı, və parlayan əl başladı o birisindən insan canları seçməyə, və seçib qurtarandan sonra da itdi.
3.O biri əl yenə əlini yumdu.

İnsanların 3 görkəmi.
26 –ci V ə h y
1.Mən insanları 3 görkəmdə gördüm.
2.Birinci görkəmdə görürəm ki, insanlar ağac görkəmindədi, və bu ağacların bəziləri bol meyvə verir, lakin bəziləri isə bar vermird.
3.Sonra gördüm ki, insanlar gül-çiçək və  müxtəlif yaşıl bitkilər və otlar görkəmindədi.Qanqallar və gicitkanlar onları daim sıxır, və inkişaf etməyə qoymurdu, amma onların bəziləri  çətinliklə də olsa inkişaf etdi.
4.Sonra insanları heyvan görkəmində gördüm.Saleh insanlar sülh heyvanları görkəmində idi, imansız insanlar isə vəhşi heyvan görkəmindəydilər.
5.Sülh heyvanlarının heç kimlə işi yox idi, onlar ancaq yem yeyir və dincəlirdilər, vəhşi hevanlar isə daim onları güdüb parçalamaq istəyirdilər.
6.Sonra göydən Rəbbin mələklərinin səf-səf gəldiyii gördüm.Onlar bar verməyən xəstə ağacları, sonra qanqalları və gicitkanları, və bir də yerin vəhşi heyvanlarını bir yerə yığıb səliqə ilə böyük oda atdılar.
7.Və dünyada nə pis ağac, nə qanqal, nə də vəhşi heyvan qaldı.

Xeyir və şər fikirlər.
27 –ci V ə h y
1 Göydə günəşə bənzər böyük bir işiq gördüm.
2.Ondan bir az aşağıda ulduza bənzər başqa bir böyük parıltı gördüm.
3.Və gördüm ki, onların hər ikisindən dünyaya insanların üzərinə ağ və qara parıltılar yağır.
4.Onların sayı milyardlarla idi.
5.Və günəşə bənzər işıqdan ağ parıltılar, ulduza bənzər parıltıdan isə qara parıltılar gəlirdi.
6.Fikir verib gördüm ki, insanların böyük əksriyyəti ışığa bənzər parıltılardan çox, qara parıltıları qəbul edir.
7.Onlara nur olan parıltılar yxınlaşanda onlar üzlərini gözlərini turşudur və onları qəbul etmirdilər, amma qara parıltıları isə sevinclə qəbul edirdilər.
8.Və mən anladım ki, bu parıltılar Allahdan və Şeytandan gələn xeyir və şər fikirləridi.
9.İnsanların böyük əksəriyyətinin xeyir yox, şər fikirləri qəbul etməsi məni çox təəcübləndirdi.
10.Elə lurdu ki, bir fikir saysız-hesabsız insanları bir əməldə cəmləşdirirdi, və elə də olurdu ki, bir şər fikir saysız-hesabsız insanları ayırır və onlar arasında düşmənçilik yaradırdı.
12.Və demək olar ki, bütün insnla bu fikirlərin əsasında hərəkət edirdilər, və fikirsiz hərəkət edən bir insan bel yoxuydu.

3 Firqədə olan insanlar.
28 –ci V ə h y
1.Yer üzündə yaşayan insanları 3 firqədə gördüm.
1.Birinci firqədə Rəbbə Həqiqi imanda ibadət edənlər varıyıdı, ikinci firqədə Həqiqəti bilməyərək Allaha ibadət edənlər, Üçüncü firqədə isə Həqiqəti bilməyənlər və Allaha ibadət etməyənlər var idi.
2.Birinci firqədə olanaların daxilində nur varıydı, və onlar dua edəndə onlardan göyə işıq qalxırdı, və onlar həmişə sevincli görünürdülər.
3.İkinci firqədə olanlar da Allaha çoxlu dua edirdilər, lakin onlardan ışıq qalxmırdı və birinci firqədə olanlar kimi sevincli görünmürdülər.Onlar nə qədər dua etsələr də gördüm ki, Allahın nəzəri ancaq birincilərdədi.
4.Üçüncü firqədəkilər isə nə dua edir, nə də oruc tuturdular.

Cənnət və Cəhənnəmdə.
29 –cu V ə h y
1.Mən İblisi taxtında oturan gördüm, taxt böyük idi, o özü çox bədheybət idi.
2.Ətraf qaranlıq idi, amma uzaqdan Cəhənnəmin işığı ətrafı bir az işıqlandırırdı.
3.Onun taxtının qarşısında ona qulluq edən ruhlar durmuşdu.
4.Onların hamısı ona hesabat vermək üçün yığışmışdılar.O cır səsiylə souşdu
5_Qullarımın vəziyyəti nə yerdədi?
6.Bir ruh ona cavab verdi:
8._Ya A....(bunu yazmaq çətindi, ruhun ona belə müraciət etməsini eşidəndə ətim ürpəndi) hər şey qaydasındadı, tam sizin istədiyiniz kimi.O dedi
9._Artım varmı, artım?
10.Cin cavab verdi:
11._Ya A...., artım var, amma ümmətindən çıxanlar da çoxdu.
12.İblis:
13_Mürtəd köpəy uşaqları...
14._Bəs o hanı, qabağa çıx görüm (qəribə adla bir cini çağırdı, bu adı yadımda saxlaya bilmədim.
15.Həmin ruh qabağa çıxıb dedi ki, ağa, o adam Allahdan güc alır, onu mən sən dediyin günaha batıra bilmədim.İblis çox qəzəbləndi, əsəbiləşib dedi ki:
15._Ə düdüyh, bir ayda hələ işi görməmisən? Və əmr etdi həmin cini möhkəm döydülər.
16.Çoxları ona hesabat verdilər, bunlara qulaq asmaq istəmədim, amma anladım ki, insanların lənətini, pis arzularınını bunlar həyata keçirirlər.
17.Taxtın arxasına keçdim gördüm ki, taxtın arxasında ilan şəklində söz yazılmışdı, mən anladım bu nədi, bu İblisin adıydı.
18.Cəhənnəmə yeni-yeni insanlar gətiridilər, onların gözləri dəhşət içindəydi və cinlər onlara müxtəlif  işgəncələr verirdilər.
19.Mən Cənnəti də gördüm,  Cənnət böyük şəhərdi, şəhərin əvvəlini gördüm sonunu yox.
20.Orada evlər qızıldan idi, dünyanın ən gözəl dəbdəbəli imarətləri Cənnətdəki evlərin ən kiçiyinin yanında heç nədi.
21.Orada hər şey işıq saçırdı, güllər də, ağacların meyvələri də, müxtəlif bitkilər də, orada heç nəyin kölgəsi yox idi, çünki hər tərəf işiq idi.
22.Orada 144 cürə ağac varıydı, hamısı da müxtəlif gözəl meyvələr əmələ gətiridi.
23.Cənnət elə gözəl idi ki, 7 körpəsi olan qadın ora düşsə geri qayıtmaq istəməzdi.
24.Və yaxud dünyanın ən varlı insanları oranı görsəydilər, bütün var-dövlətini yoxsullara paylayıb Cənnət mükavatını arzulayardı.

Xeyir və şər insanlar.
30 –cu V ə h y
1.Yer üzündə yaşayan xeyir və şər insaları gördüm.
2.Onlar zahirən  gözəl, amma daxilən çox eybəcər idilər.
3.Quşlar necə ölmüş cəmdəkləri didib dağıdırlar, və murdar cücülər  iylənmiş bir şeyin üstünə qonub necə onunla qidalanırlar, cin ruhları da yarasa kimi həmin şər insanların üzərinə qonub gecə və gündüz onların içində olan hər cür pisliklə: kinlə, nifrətlə, paxıllıqla, qürurla, bir sözlə hər cür şər istəklərlə, düşüncələriə və pis əməllərlə qidalanırdılar.
4.O insan ki, tövbə edirdi və Rəbbə ibadətə başlayırdı, onun ürəyindən bütün pisliklər silinirdi, və ruhlar o adamdan əl çəkirdi.
5.Və qidalanmaq üçün başqa şər insanlar axtarırdılar, çünki qidasız dayana bilmirdilər.
6.Həqiqətdə olub Rəbbə ibadət edənləri də gördüm, onlarda şər yox idi, və onların daxilində nur varıydı, və cinlər belə adamlara yaxın dura bilmirdilər, çünki onlardan saçan Rəbbin Ruhu onları kor edirdi.
7.Həmin nur adamları daim Rəbbin Ruhuyla dolur və aləmə nur saçırdı, amma dünya onları tanımırdı, onların daxilində olan nurdan da bixəbəriydilər.

Üsyançı mələklər
31-ci Vəhy
1.Dəstə-dəstə mələklərin Allahdan dönüb getdiklərini gördüm.
2.Onların nə üçün Allahdan uzaqlaşdığını bilmədim, amma gördüm ki, saysız-hesabsız mələklər Allahdan uzaqlaşıb dünyaya gəldilər.
3.Onlar gəlməzdən əvvəl yer üzü Cənnət idi, amma onlar gələndən sonra yer üzü lənətləndi.
4.Və elə bir insan günahı olmasın ki, bu günahda o mələklərin barmağı olmasın.
5.Onlar insanları bir çox günahlara batırdılar, insanların həyatları puç oldu, və fəlakətlər artdı.
6.Onlar insanları onlara itaət etməyə məcbur etdilər, insanlar onları nə görür, nə də eşidirdilər, amma onlara ibadət edir, hətta onlara insanlardan və heyvanlardan olan qurbanlar gətiridilər, amma sanırdılar ki, Tanrıya qurban kəsirlər.
7.İnsanların bu mələklərə ibadəti üzündən Tanrı yer üzünə çoxlu bəlalar göndərdi, dünyanı müharibələrlə, xəstəlilərlə, zəlzələlərlə, daşqınlarla və digər təbii fəlakətlərlə sarsıtdı, ancaq insanlar şər əməllərindən tövbə etmədilər.
8.Bu mələklər yer üzündə taxtlar qurub dünyanı idarə etməyə başladılar, və nur adamlarından başqa elə bir insan olmadı ki, onlara itaət etməsin.
9.Mələklər müharibələr törədir, Rəbbin nəzərində iyrənc olan təlimlər yaradır, insanları günaha batırırdılar, və bundan həzz alırdılar.
10.Dinlərin dini mərasimlərini də təşkil edən bunlar idi, insanlar onların ayaqları altında qurban kəsir, və onlara səcdə edirdilər.
11.Onların ucbatından dünyada getdikcə zülmət artı və şər çoxaldı.
12.Sonradan bu üsyançı mələklərə cin ruhları deyildi.

Ölkəmizin keçmişiylə bağlı görüntü
32-ci Vəhy
1.Görürəm ki, göydən yerə bir at endi, atlı qara əbaya bürünmüşdü, əlində əyri qılınc varıydı.
2.İki çayın birləşdiyi yerə yaxın olan boşluqda dayanıb sanki əmr gözləyirmiş kimi göyə baxdı.
3.Ona böyük bir çörək verildi, və göydən deyildi:”Çörəyi götür və çoxlu yerə böl ki, vəhşilər loxmaları asanlıqla uda bilsin.”
4.O da ona deyilən kimi etdi, çörəyi onlarla yerə böldü, və oradan uzaqlaşdı.
5.O itəndən sonra iki vəhşi oraya yaxınlaşdı, biri şimaldan, o biri cənubdan.
6.Yuxarıdan gələn çox bədheybət və güclü idi, və 3 başı var idi.
7.Onlar loxmalar uğrunda vuruşdular, cənubdan gələn şimaldan gələnin qabağında tab gətirə bilmədi, çünki onun ağzından güclü alov püskürürdü, aşağıdan gələn vəhşi onun alovundan çox qorxdu və geri çəkildi.
8.Üç başlı vəhşi çayın yuxarısında olan loxmaları asanlıqla uddu, çayı keçib o biri loxmaları yemək istəyəndə, yuxarıdan ona deyildi ki, “çaydan aşağıda olan loxmaları yemə” Vəhşi bunu eşidib arxaya çəkildi.
9.Və çörək loxmalara bölünəndən 66 il sonra o tamailə yeyildi, yox oldu.
10.Ruhda və xəyalda gördüklərim və eşitdiklərim.

Bəşər Oğlu və İblis
33-ci Vəhy
1.İblisi ikinci dəfə taxtında oturan gördüm, və bütün ruhlar onun xidmətində durmuşdu.
2.Birdən göylərdən Bəşər Oğluna bənzər bir atlı endi, o nur saçırdı, o enəndə, ora əməlli başlı içıqlandı.
3.Həmin atlı atından endi, düz İblisin üstünə gəldi, onu taxtından götürdü, hamının gözü qarşısında qılıncıyla iki yerə böldü, hamı mat qaldı, heç kim yerindən belə tərpənmədi.
4.Bir müddət sonra İblisi təzədən birləşdirdi, İblis Onun ayaqları altında Ona səcdə qıldı, və O atına minib təzdən göyə qalxdı.
5.O gedəndən sonra fikir verdim ki, ruhlar İblisə əvvəlki kimi qorxu içində baxmırlar.
6.O yenidən taxtında oturdu, və məyus görünürdü.
  
RƏBBLƏ GÖRÜŞ
34-cü  V ə h y
1.Tövratda İsrail övladları günah edəndə bədənlərində xəstəlik əmələ gəlirdi.Biz də günah edəndə xəstəlik əmələ gəlir, amma bədənimizdə yox, ruhda.
2.Bir səvh əməlimə görə ruhən xəstələnmişdim, ruhani bədənim sanki parça-parça idi, ağrılardan qurtula bilmirdim.Cinlər də vəhşi it kimi məndən əl çəkmirdilər, onları nə qədər edirdim qova bilmirdim.
3.Bəzən ruhda Rəbbi görmək istəyəndə Onu görmək olmur, axtara-axtara qalıram, Onu səsləyəndə sevgisi külək kimi gəlib ağuşuna alır məni, amma Özünü görmək olmur.
4.Amma bir gün, ruhda ağrıyan zaman Rəbbi çox görmək istədim, uzanıb Onu düşünürdüm ki, özümü xəyalda böyük bir sarayda hiss etdim.
5.Rəbb uzaqda, taxtda oturmuşdu, saray çox böyük idi.Amma Onun nuru otağı çox işıqlı edirdi.Ətrafında mələklər uçur, zəif, gözəl səslə nəğmə oxuyub, həmd edirdilər.
6.Otaqda musiqi çalınırdı, amma kimin çaldığı bilinmirdi, sanki nəğmə səsi həmin mühitin özündə idi.Sakit addımlarla Rəbbə yaxınlaşdım, harasa baxırdı, üzündən nur saçırdı, O, günəş kimi parlayırdı, Ona yaxınlaşdıqca sevgisiylə bir az da dolurdum.
7.Ondan Sevgi Ruhu meh kimi hər yana əsirdi, oranın havası dünyadakı kimi adi hava deyildi, Rəbbin Müqəddəs Ruhunu Özüydü.
8.Rəbbin önündə səcdə qıdım, yaxınlaşıb hər iki ayağından öpdüm, üzünə baxanda bu vaxt o da mənə baxdı, əliylə üzümü sığalladı,  gülümsəyəndə içim sevinclə doldu, gözlərimdən sevinc yaşları axdı.O, mənə sevgiylə elə baxırdı ki, dünyada mənə heç kim belə qayğı ilə baxmamaışdı.
9. Bilmədim Onun hüzurunda nə qədər oldum, amma yaralarım tamamilə sağaldı.Nə O, mənə bir söz dedi, nə mən cəsarət edib Ondan bir söz soruşdum, amma içim Onun sevgisiylə, sülhlə, sevinclə dolu idi.
10.O otaqdan heç çıxmaq istəmirdim, həmin böyük otaqda, Onun sevgisində olnada mən bütün insanları və  Rəbbi nə qədər sevdiyimi anlayırdım.Amma adi vaxtlarda belə hiss keçirmək olmur.Bu Onu gördüyüm il imanım səkkizinci ili idi.

BÖYÜK QUYULAR
(Sosial şəbəkələrin qulları)
35-ci V ə h y
1.Bir neçə ruhun böyük quyu qazdığını gördüm, o quyulara saysız-hesabsız insanlar düşürdülər. İnsanlar bu quyuların onlar üçün bir tələ olduğunu ağıllarına belə gətirmirdilər.Amma bu quyular onlar üçün bir ölüm tələsiydi.
2.Oranın murdarlığıyla bir çox insanlar murdarlandılar: Onların içində yaşlılar da varıydı, cavanlar da, hətta uşaqlar da.
3.Bu dərin quyuların nə olduğunu bilmək istəyəndə Rəbb mənə sosial şəbəkələri göstərdi.Orada insanların nə qədər iyrənc işlərlə məşğul olduqlarını Rəbb  aşkar etdi, bu çox iyənc idi.
4.Hökm Günü sosial şəbəkələrin qullarını gördüm.Onlar həddindən artıq çox idi, və hamısı da əməllərinə görə mühakimə olunurdular.
5.Rəbb Qiyamət  Günü sosial şəbəkələrdə iştirak edənlərin bütün gizli əməllərini üzə çıxardı. Bir çox qızlar varıydı ki, orada simasını göstərməyərək, bədənlərini oğlanlara göstərə-göstərə sözlə zina edirdilər, Rəbb onların bütün iyrənc əməllərini aşkar etdi.
6.Belə qızların ataları, qardaşları, qohumları və bütün onu tanıyanlar  onların əməllərini gözləriylə görürdülər, və hamısı da o qızların üzlərinə tüpürürdülər.
7.Sosial şəbəkələrdə açıq-saçıq şəkillər yerləşdirən qızların hamısı əməllərinə görə mühakimə olundu, onların hamısı biabırçılıq içində idilər, əlləriylə üzlərini tuturdular.
8.Sosial şəbəkələrdə vaxtlarını keçirən oğlanlar, kişilər də mühakimə olundular, onların hamısı o Gün çox utanırdılar.
9.Bəzi insanlar varıydı ki, sosial şəbəkələrdə Rəbbin övladlarının nuruna toplaşmışdılar, pis əməllərindən tövbə etmişdilər, belələri mühakimə olunmadı, amma belələri çox deyildi.
10.Mən gördüm ki,  sosial şəbəkələrdə  məsihilərin qruplarından başqa hər qrupu, hətta hər profili bir murdar ruh idarə edir, onlar insanları həmin yerlərə bağlayırdılar.
11.Belələrinə Həqiqət təbliğ edilən kimi onlar blok edilirdi.Onlar daim həmin qruplara, profillərə, boş, mənasız videolar, mövzular və şəkillər yükləyirdilər ki, insanlar bununla məşğul olub Həqiqəti axtarmasınlar.Lakin Rəbb, o böyük Gün onların hamısını mühakimə edəcək.


AZƏRBAYCAN
MİNİLLİK PADŞAHLIQ DÖVRÜNDƏ
36-cı V ə h y
1.İsa Məsihin ikinci gəlişindən sonra dünyadakı bütün padşahlıqlar İsrail Padşahlığına tabe olacaq.Rəbb Özü Yerusəlimdə taxtda oturub dünyanı idarə edəcək.
2.İsrailə tabe olan ölkələrdən biri də ölkəmiz Azərbaycan olacaq.Bu, xalqımızın yaranan dövründən bəri ən gözəl dövrü olacaq.Ölkə sürətlə inkişaf edəcək.Ölkədə silah istehsalı dayandırılacaq, min il müharibə olmaycaq.
3.Həmin dövrdə Azərbaycanı 70 padşah idaarə edəcək.Rəbbin əli onların üzərində olacaq.Onlar ölkəni ədalətlə idarə edəcək, və onlar birbaşa Rəbbin Özünə tabe olacaq.
4.Ölkədə əhalinin sayı sürətlə artacaq, iri şəhərlər çoxalacaq, onların əhalisi indiki Bakının əhalisindən də çox olacaq.
5.Ölkədə bütpərəstlikdən qalma nə varsa büsbütün məhv ediləcək.Hər bir şəhərdə, hər bir kənddə böyük məbədlər olacaq, o məbədlərdə hər gün Rəbbə həqiqətdə və ruhda ibadət ediləcək.Onlar o məbədlərdə Rəbbin sevgi Ruhundan içəcək, məbədlərdən sevinc içində çıxacaqlar.
6.Rəbbin izzəti xalqın üzərində olacaq, Rəbb keçmişdə, İsraildə göstərdiyi möcüzələri və əlamətləri bu ölkədə də göstərəcək.İnsanlar Tanrını çox sevəcək.
7.Bütün məktəblərdə ilahiyyata əsas yer veriləcək, şagirdlərə Müqəddəs Kitabdan dərslər keçiriləcək.İnsanlar Allahı yaxşı tanıyacaq, və uşaq vaxtlarından Ona xidmət edəcək.Hər bir evdə Müqəddəs Kitab olacaq, hər bir ailə Rəbbin Kəlamını öyrənəcək.
8.İnsanların çoxu həmin dövrdə min ilə yaxın yaşayacaq, bir çoxları heç ölməyəcək.Günah edənlərin sayı az olacaq, Rəbb günah edən insanı yerindəcə öldürəcək, günahın ölkədə yayılmasına izn verməyəcək.
9.Ölkədə min il sülh olacaq, bu ta böyük Yəcüc və Məcüc üsyanına kimi belə davam edəcək.Yəcüc və Məcüc üsyanı dövründə Şeytan Azərbaycandan da öz adamlarını toplayacaq, bütün dünyada yığdığı ordularla birgə Müqəddəs şəhər Yerusəlimi mühasirə edəcək.
10.Amma göydən Allahın odu onların üzərinə yağıb onları büsbütün məhv edəcək.Sonra Rəbb dünyanı tamam dəyişdirəcək, əvvəlki səma və yeri yox edib yenisini yaradacaq, bütün dənizlər kimi Xəzər dənizi də yox olacaq.


  

Комментариев нет:

Отправить комментарий