İmana aid mövzular



ALLAHIN SEVGİ MƏKTUBU Bu Sevgi Məktubu Müqəddəs Kitabın əsasında hazırlanıb. Övladım, sən məni tanımazkən, Mən səni tanıyirdim.(Məzmur 139:1) Mən sənin nə vaxt oturub qalxdığını bilirəm. (Məzmur 139:2) Sənin bütün yollarrını belə bilirəm. (Məzmur 139:3) Başındakı tükləri belə bir-bir saydım.(Matta 10:29-31) Ona görə ki, səni Öz surətimdə yaratdım.(Yaradılış 1:27) Mənim içimdə yaşıyırsan, hərəkət edirsən və Məndəsən.(Həvarilərin İşləri 17:28) Ana bətninə düşmədən öncə səni bildim və yaradılışdan öncə səni seçdim və səni planladım.(Yeremya 1:4-5) Sən bir xəta və təsadüf deyiilsən, bilməlisən ki, günlərin kitabımda yazılıdır.(Məzmur 139:15-16) Doğum saatın və yaşayacağın yerlərin mən seçdim.(Həvarilərin İşləri 17:26) Səni mükəmməl və əla yaratdım. (Məzmur 139:14) Sənə ana bətnindəykən mən quruluş verdim. (Məzmur 139:13) Və doğulduğun gün Mən səni ana bətnindən çıxartdım.(Məzmur 71:6) Məni tanımayanlara səhv təmsil edildim.(Yəhya 8:42-44) Mən səndən uzaqlarda qəzəb dolu deyiləm. Mən Sevginin Tək qaynağıyam.(1 Yəhya 4:16) Və mənim arzum bu Sevgiylə səni məst etməkdir, çünki sən Mənim övladımsan və Mən sənin Atanam. (1 Yəhya 3:1) Sənə olan hədiyyələrim dünyadakı atanın verə biləcəyindən də çoxdur.(Matta 7:11) Çünki Mən hər an kamil bir olan Atayam. .(Matta 5:48) Aldığın hər nemət sənə Məndən gəlir (Yəqub 1:17 Çünki Mən sənə sahib çıxanam və bütün qarşılaşdığın çətinliklərdə sənə doğru yolu göstərirəm.(Matta 6:31-33) Ehtiyaclarını bilirəm, sənin gələcəyin haqda planların ümid doludur.(Yeremya 29:11) Çünki səni əbədi bir Sevgiylə sevirəm.(Yeremya 31:3) Dənizdəki qum dənələrinin sayınan çoxdur səni düşündüyüm.(Məzmur 139:17-8) Heç bir vaxt sənə yaxşılıq etməkdən vaz keçməyəcəm.(Yeremya 32:40) Səni gücləndirmək Mənim ürəyimdəki və Ruhumdakı ən böyük arzudur.(Yeremya 32:41) Sənə bilmədiyin və dərk etmədiyin şeyləri göstərmək istəyirəm.(Yeremya 33:3) Bütün ürəyinlə və bütün canınla axtarsan Məni tapacaqsan.(Qanunun Təkrarı 4:29) Məndən zövq alsan ürəyinidəki bütün istəklərinə çatdıracam. (Məzmur 37:4) Bu istəkləri sənin ürəyinə qoyan da Mənəm.(Filiplilərə 2:13) Dilədiyindən və düşündüyündən da çoxunu etmək qüdrətindəyəm.(Efeslilərə 3:20) Səni sonsuz şəkildə ürəkləndirən Mənəm. (2 Salonikllilərə 2:16-27) Hər cür sıxıntıda da sənə təsəlli verən bir Atayam. (2 Korinflilərə 1:3-4) Qəlbin qırılanda sənə ən yaxın olan Mənəm. (Məzmur 34:19-2020) Çoban quzunu necə qucağında gəzdirirsə, Mən də səni eləcə bağrımda gəzdirirəm.(Yeşaya 40:12) Bir gün bütün göz yaşlarını siləcəyəm.(Vəhy 21:3-4) Və səni üzən bütün qəmi-qüssəni yox edəcəm.(Vəhy 21:4) Mən sənin Atanam və səni Oğlum İsanı sevdiyim kimi sevirəm.(Yəhya 17:23) Çünki sənə olan sevgimi Oğlum İsa vasitəsiylə göstərdim.(Yəhya 17:26) Isa Mənim Öz varlığımın görüntüsüdür.(İbranilər 1:3) Və Onun vasitəsiylə sənə qarşı olmadığımı sübut etdim, sənə günahlarını saymayacağını bildirirəm. (Romalılara 8:31) Sən və Mənin barışmağım üçün İsa Məsih öldü.(2 Korinflilərə 5:18-19) Onun ölümü sənə olan Sevgimini ən uca zirvəsidir.(1 Yəhya 4:10) Sənin Sevgini qazanmaq üçün Mən ən qiymətli şeylərdən vaz keçməyi əsirgəmədim.(Romaılara 8:31-32) Oğlumun sənə olan hədiyyəsini əgər qəbul etsən Məni qəbul etmiş olarsan.(1 Yəhya 2:23) Və heç kim artıq bizi bir-birimizdən ayıra bilməz. (Romaılara 8:38-39) Mən Atayam və həmişə Ata olaraq qalacağam.(Efeslilərə 3:14-15) Və indi səndən soruşuram, Mənim övladım olmaq istəyirsənmi? (Yəhya 1:12-13) Mən qucağımı açdım və səni gözləyirəm.(Luka 15:11-32) SEVGİLƏRİMLƏ ATAN UCA TANRI! Bu Sevgi Məktubu Müqəddəs Kitab Bibliyanın əsasında hazırlanıb. (TÖVRAT, ZƏBUR, İNCİL) Hər şeyi yoxdan yaradan, yerin və göyün tək Tanrısı, sonsuz qüdrət sahibi, yaratdıqlarını əbədi məhəbbətlə sevən, əvvəli və axırı olmayan böyük yaradan Tanrı Sənə dua edirəm.İlk öncə Sənin Önündə günahlarımı etiraf edib bütün günahlarımdan tövbə edirəm, məni bağışla, mənə rəhm et.Həyatımı dəyiş, Sənə ibadət və xidmət etmək istəyirəm.Sənə yalvarıram məni qəbul et, məni təmizlə, mənə güc ver.Sənin müdafiən altında yaşayıb, və heç vaxt çıxmayım, Səndən uzaqlaşmayım.Qəlbimi sevginlə doldur, məni sevgi dolu et ki, Səni və bütün yaratdıqlarını sevə bilim.İsa Məsihin bütün insanların günahı uğrunda ölüdüyü kimi mənim də günahlarım uğrunda öldüyünə və 3 gün sonra dirildiyənə iman edirəm.Məni bütün günahlardan azad et, şərdən qoru və bütün zəifliklərimi yox et.Həyatımın hər anı Sənin iradən və istəyin olsun.Məni əbədi Özünə bağla.Ya Rəbb içimdə Səni tatımaq arzusu heç vaxt ölməsin.Mənə güc və cəsarət ver ki, Sənin Kəlamını insanlara təbliğ etməyə qorxmayım və utanmayım.Sənə yalvarıram Müqəddəs Ruh ənamını mənə də ver ki, mən də yenidən doğulum.Mənə saleh həyat yaşamaq üçün kömək et.Şərin və şər xidmətçilərinin mənə olan bütün fitnələri yox olsun.Hər günüm hüzur və sülh içində keçsin.Daim Müqəddəs Adın həyatımda izzətləsin.İnsalara mənim vasitəmlə nur və sevgi göstər.Vasitəmlə əsirlikdə olan çox adam xilas et.Həmişə Sənə bağlı olum və Səndən heç vaxt uzaqlaşmayım.İsa Məsihin Adıyla, Amin!


YARADILIŞDA BƏNZƏMƏLƏR
(Kainatda Allahın Surətləri və bənzərləri)

Allah dünyada elə bir şey yoxdur ki, onu nəyinsə surətində və ya bənzərində yaratmasın.Bütün fiziki aləm ruhani aləmin bənzərində yaradılıb.Allah bu bənzəmələrlə bizə ruhani şeyləri agah etdirmək istəyir, insan cism olduğu üçün ruhani aləmi görmür, və görmədiyi şeyləri də başa düşməkdə acizdir.Yaradılışda bənzəmələr də insanın anlaması üçündür. Başlayaq dünyada ən böyük qüvvə olan Allahın Özündən.Dünyada Allahın ruhani və ya məcazi mənada bənzəri çoxdu:


1.ALLAHIN - Surətləri və Bənzərləri:
GÖYLƏR, GÜNƏŞ, OD,

Başlayaq günəşdən, GÖYLƏR - Allahin bəznəridir, Allah böyükdü, sonu yoxdu, göylərin də sonunu biz görmürük.GÜNƏŞ – də Aallahın bənərindədir, Günəş yanar oddu, Allah da nurdu, parlaqdı, Tövratda Allah deyir “ Mən yandırıb yaxan alovam”. Bəzi peyğəmbərlər Allahı taxtda oturan alov kimi görüblər.Günəş olmasa fiziki aləm də olmaz, Allahsız da heç nə olmaz.Gün şüası olmadan canlı heç nə olmaz, Allah da həyat verən Ruhdur.İnsan da Allahın surətində və bənzərində yaradılıb, bu açıqca Tövratın əvvəlindəcə yazılıb.Allahla insan arasında oxşarlıq çoxdur, Allah yaradandır, insan da yaradır, Allah yoxdan yaradır, insan Allahın yaratdığından.

2.ALLAH KƏLAMI: GÖYLƏR, AY, BAL, ÇIRAQ, DAŞ, OT, GÜN İŞIĞI, TAXIL, UN, ÇÖRƏK, QILINC, TOXUM, QIZIL.
Göylər - Allah Kəlamını bənzəridi, əbədii, dəyişməzdi, günəş şüası kimi həyat verir.AY da Allah Kəlamını bənzəridi, ay qaranlıqda olanlara işıq göstərir, Allah Kəlamı da ruahni mənada qaranlıqda olanlar üçün bir nurdu, yolumuzda çıraqdı.BAL – Allah Kəlamının bənzəridi, Allah Kəlamı bal kimi şirindi.Tövratda dəfələrlə Allah İsrail Övladlarını Misirdən çıxaranda deyib “Sizi bal və süd axan torpağa gətirəcəm” BAL – Allah Kəlamının, SÜD – isə Allahın Ruhunun bənzəridi.Bunun da ruhani mənası onları ALLAH KƏLAMI və ALLAHIN RUHUYLA bəsləyəcəyini bildirir.DAŞ da Allah Kəlamının bənzəridi, Allah Kəlamı daş kimi möhkəmdi, Davud filiştli cəngavəri daş ilə vurub öldürmüşdü, Allah Kəlamıyla şər qüvvələri qovuriq.OT – da Allah Kəlamını bəznəridi, İsa Məsih dəfələrlə ona iman edənləri qoyunlarım adladırıb, ət yeməyən bütün sülh heyvanları imanlı insanların bəznəridi, ev heyvanlarının da yediyi otdur, imanlıların da ruhani qidası otdur.ŞAM da Allah Kəlamını bənzəridi, ÇIRAQ da.Allah Kəlamı qaranlıqda yolumuza işıqdı.GÜN İŞIĞI da Allah Kəlamının bənzətidi, Allah Kəlamı olmadan aydınlığa çıxa bilmərik.TAXIL, UN, ŞÖRƏK də Allah Kəlamının bənzəridi.Müqəddəs Kitabda harda çörək sözü yazılıbsa onun ruhani mənası Allah Kəlamıdı.İsa Məsihin möcüzələrindən biri olan bir neçə çörəyi artırıb şagirdləri vasitəsiylə xalqa paylaması o deməkdir ki, Allah bizim vasitəmizlə Kəlamını insanlara çatırır.Ruhani çörək olan Allah Kəlamı ruhumuzun qidasıdır.İsrail Övladları səhrada olarkən Allahın göydən onlara yeməyə manna verməsinin ruhani izahı Allahın bizi Kəlamıyla qidalandırmasıdı, Allah Kəlamı da göylərdən gəlir.Müqəddəs Kitabda Allah Kəlamı iki ağızlı iti QILINCa da bənzədilib, düz söz acı olur deyib atalar, həm də Allah Kəlamı Həqiqətdi, qılınc kimi kəsir.QIZIL da Allah Kəlamının bənzəridi, bunu yəqin ki, ən sadə məsihçilər də bilir.TOXUM da Allah Kəlamıdı, Mattada İsa Məsih toxumu Allah Kəlamıyla müqayisə edir, xeyirxah insanda Allah Kəlamı toxum kimi cücər, və insanın imanı böyüyür, daş ürəkli imsansız insanda Allah Kəlamı cücərmir.



3.ALLAHIN RUHU. Dünyada Allahın Ruhunu bənzəri çoxdu, məsələn:
GÜN ŞÜASI, HAVA, SU, ŞƏRAB, QADIN, GÖYƏRÇİN, BULUD, TÜSTÜ. ZEYTUN YAĞI, MƏSH YAĞI  və s.

Gün şüası təbiətə can verdiyi kimi, Allahın Ruhu canlılara həyat verir.İnsan havasız dayana bilmədiyi kimi Allahı Ruhu olmadan da mövcud ola bilməz, hər bir insanda həyat ruhu var.SU Müqəddəs Kitabda Allahın ruhunu bənzərində ən çox işlədilən sözlərdən biridi.İsa Məsih Yəhyanın Müjdəsində deyir “O sudan içən bir də susayacaq, amma Mənim verəcəyim Sudan içən əsla heç vaxt susamayacaq” Əlbəttə ki, söhbət Həyat verən Müqəddəs Ruhdan gedir.ŞƏRABın da ruhanu mənası Allahın Ruhudu.İkisi arasında bənzərlik çoxdu, Allahın Müqəddəs Ruhunda içən insan da kefli kimi çox şən olur, Allahın Sevgisiylə dolur.Həvarilərin İşləri kitabında Həvariləri sərxoşluqda qınayırdılar, amma əslində onlar Müqəddəs Ruhdan içmişdilər.İsa Məsihin ilk möcüzəsi toyda suyu şəraba çevirməsi olub, bunun da ruhani izahı odur ki, O artıq Yeni Ruh, yəni Müqəddəs Ruh gətirib, və Ona iman hər bir salehə bu Ruhdan verilir.QADIN da Müqəddəs Ruhun bənzəridir, Müqəddəs Kitabın bir çox hissələrində qadın və Müqəddəs Ruh sözü eyni sayda yazılıb, hətta bunu bilməyənlər belə qadının Allahın Ruhunun surəti olduğuna inanır.Müqəddəs Ruh da qadın kimi doğur, qadın kimi gözəldir, həssadı.Həmçinin GÖYƏRÇİN də Allahın Ruhunu bənzəridi, Nuhun gəmidən göyərçin buraxması, və İsa Məsihin vəftiz olunanda üzərinə göyərçin qonması da Müqəddəs Ruha işarədi.Müqəddəs Ruh da göyərçin kimi çox həssadı, ürkəkdi, günah olunan yerdən uzaqlaşır.BULUD  da Allahın Ruhunun bənzəridi, Müqəddəs Kitabda dəfələrlə Rəbbini izzəti bulud vasitəsilə özünü göstərmiş, Müqəddəs Məskənin üzərində durmuş, və İsrail Övladları gedəndə onların üzərində gedib onlara yol göstərədi. (Çıxış 40) Necə ki, buluddan yağış yağır təbiəti dirçəldir, Müqəddəs Ruh da da iman edənlərin üzərinə yağıb onları dirildir.Necə ki, sular buxurlanıb havaya qlxıb buludala birləşir, biz də bədənimiz öləndən sonra göylərə qalxıb Rəbbimizlə qovuşacağıq.Buludun – ağ rəngdə olması da Rəbbin salehliyi və müqəddəsliyidi.OD Allahın surətidi, TÜSTÜ də Müqəddəs Ruhun.Tüstü oddan çıxdığı kimi, Müqəddəs Ruh da Allahdan gəlir.


ATA - Ata Allahın, ANA - Müqəddəs Ruhun surəti.

İnsanın ata-anaya hələ uşaq vaxtından ehtiyacı olur, demək olar ki, ailədə və övladın həyatında hər ikisinin öz yeri var.Həm atasız insan üçün çətin olar, həm də anasız, amma ikisindən məhrum olmaq fəlakət dərəcəsinə çatar.Adətən atasız, və ya anasız böyüyən uşaqlar pis yollara düşür, yetim uşaqlar hətta cinayətlərə belə əl atır.Ata ciddidir, uşaqda  ata qorxusu olur, və uşaq bir çox pisliklərdən atasından qorxduğuna görə uzaqlaşır, ana, uşağı nə etsə də həmişə bağışlayır, və uşağıyla çox ciddi olmur, çünki ana qəlbi hədsiz həssadı.Bütün bu yazdıqlarımın ruhani mənası da vardır.Məsihilikdə Allah - Atadır, və Müqəddəs Ruh da bizə ana kimidir.İnsan ailəsində ATA - Ata Allahın, ANA - isə Müqəddəs Ruhunn surətidir.Hər ikisi 1 Allah olsa da ikisində olan keyfiyyətlər və xüsusiyyətlər fərqlidir, dünyəvi ata və anadakı kimi.Allahı Ata adlandırırq, çünki, O var olan həyatın qaynağıdır.İsa Məsihə iman edən hər bir insan Müqəddəs Ruhdan doğulur.Bütün fiziki nemətlər, ruhani nemətlərin bənzəridir, bal - Allah Kəlamının, süd - isə Allahın Ruhun bənzəridir.Bax Allahdan doğulan varlığı da Allah Öz Kəlamıyla, və Ruhuyla qidalandırır, və o varlıq ruhda böyüyür, güclənir, və Allaha gedir.Əziz dostum, əgər sən Allahla qovuşmaq istəyirsənsə, bil ki, Allaha getmək üçün mütləq Allahın Ruhundan doğulmaq lazımdır, çünki Allah Ruhdur, və Onunla sən ruhən qovuşa bilərsən.Əgər insan dünyada atasız və anasız yaşayarsa, o xəşbəxt ola bilməz, çünki onun bünövrəsi ata-ana tərbiyəsi üzərində qurulmamışdır, əgər bir uşağı evindən aparıb bir az uzaqda buraxıb tək qoysan, o evini tapa bilməz, dünyada Ruhani Atasız yaşayan insan da haqq yolu Onsuz tapa bilməz. Dünyada bir çox təlimlər tək olan Allaha ibadət etdiklərini desələr də, əslində Allahı tanımırlar, çünki Allahın kimliyini məhz Müqəddəs Ruh açır, çünki O, Allahdan gələn Həqiqət Ruhudur.Bəzi təlimlərdə olanlar da səhf düşünüb inanırlar ki, Allahın Ruhuna malikdirlər, ancaq əslində bu belə deyil, çünki bu Ruh, ancaq İsa Məsihə iman edənlərə verilir, çünki Allah bir oladuğu kimi, Onun dünyada yaratdığı Təlim də birdi, Məsihin Təlimi, Məsih isə dünyaya insan biçimində gələn Allahdır. Heç o insanlarda məsihçilərdə olduğu kimi Müqəddəs Ruhun əlamətləri olmur.Əziz insan, Ata Allahı və Ondan gələn Müqəddəs Ruhu daha yaxından tanımaq istəyirsənsə Müqəddəs İncili duayla oxuya bilərsən, Rəbb sənə Həqiqəti açsın.Unutma ki, sənin bü dünyada əlindən tutan Ruhani Atan və Anan yoxdu. amma O səni hər an qəbul etməyə hazırdı, sən ilk addımını at, o sənə doğru bir çox addım




İNSANIN SURƏTİ VƏ BƏNZƏRİNDƏ OLANLAR.

EV HEYVANLARI, AĞACLAR, TORPAQ.İnsan özü Allahın surəti və bənzərində olsa da, dünyada insanın özünün surətində və bənzərində olan bir çox şeylər var.Məsələn ev heyvanları insanların  məcazi mənada bənzərindədi.7 cürə ev heyvanı var, bu heyvanlar Allahın Xalqında olan 7 firqədir; AT, EŞŞƏK, DƏVƏ, ÖKÜZ, İNƏK, QOYUN VƏ KEÇİ.At – ruh deməkdi, ruh sürətlidi, at da, ona görədir ki, maşın sürətini atla ölçürlər.Vəhy kitabında Yəhyanın gördüyü dörd at – 4 ruh deməkdi. AT – ruhun surətidir, insanı idaərə edən ruhdur, amma ruh insan iradəsinə zidd getmir ÖKÜZLƏR cüt sürmək üçündü.Cüt 2 öküzlə sürülür, müjdəni də təbliğ etmək üçün İsa şagirdlərini iki-iki göndərirdi,Cüt sürən Bəşər Oğludu, Müqəddəs Müjdəni, O, imanlılar vasitəsilə təbliğ edir.Dedi, danışan siz yox, Atanın Ruhu olacaq.Öküzlər – döyüşçü məsihçilərdi, öküz görünüşcə döyüşçüdü, çox möhkəmdi.EŞŞƏKLƏRİN də Rəbbdə xidmətində öz yeri var, Eşşəklərdən qoşqu kimi istifadə olunmasa da, yük daşınması üçün geniş istifadə olunur.Eşşək ləng olsa da çox yük götürür, çox yük daşıyan adam deyir “məni eşşək kimi yüklədəilər”.  DƏVƏLƏR – susuzluğa ən çox davamı olan ev heyvanıdı, həm də dəvə səhra heyvanıdı.Səhra – boşluqdu, sınaqdı.İNƏKLƏR - ən çox süd verən ev heyvanıdı, süd Allahın Ruhudu.QOYUNLAR – seçilmişlərdi. Qoyun çox xeyirli heyvandı, həm bol yun verir, həm süd verir, həm də əti çox yeməlidi.Qoyun ən yağlı heyvandı, yağ Müqəddəs kitabda çox işlənib, yağın ruhani mənası Müqəddəs Ruhdu.Qoyunların çox yağlı olması – məsihçinin içindəki Müqəddəs Ruhun atəşinin göstəricisidir.İsa Məsin dəflərlə Ona iman edənləri “qoyunlarım” adlandırıb.Qoyun ağıllı heyvandı, həm də sülh heyvanıdı, sakitdi, qoyunun ot yeməsi imanlının Allah Kəlamıyla qıdalanmasını göstərir.Çoban İsa Məsihin Surətidir, canavarlar və eləcə də bütün vəhşi heyvanlar cin ruhlarının və şər insanların surətidir, vəhşilər daim yem axtarmaq üçün sürünü güdürlər, amma İsa Məsih elə Çobandır ki, bir imanlısını da qürda yem etməz.KEÇİLƏR də bəzi imanlıların surətidir, amma belələri Allah Kəlamına az itaət edən firqədir.İncildə Mattanın Müjdəsi 26:31-46 da qoyunlarla keçilərin fərqi gözəl izah edilir.Keçi kimi olan imanlılar, hansı ki, dünyada Tanrı Kəlamına xor baxıblar, Hökm Günü əbədi əzaba düçar olacaqlar.Qoyun ot yesə də, keçi nadir hallarda ot yeyir, keçilər əsasən gül-çiçək yeyir.Keçi kimi olan salehlər dünyada ruhən əla qidalansalar da az bəhrə veriblər, ona görə də elələri xilas olmayacaq.Qəribə də olsa keçi südü dərmandır... Süd də ki, yuxarda izah edildiyi kimi Müqəddəs Ruhun bənzəridi..BÜLBÜL salehin duasıdı.QARĞA ehtimal ki, dünyəvi insanın surətidi, Nuh gəmidən qarğa buraxır, və ya  peyğəmbərlər təqib edilən dövrdə Allah qarğalara əmr etmişdi ki, İlyas peyğəmbəri çörəklə, ətlə və suyla  təmin etsin.Allah bizi dünyəvi insanlar vasitəsiylə qidalandırır, həmin dövrdə İsrail padşahının saray rəisi olan Avdiya Rəbbin peyğəmbərlərini gizlədərək onları ərzaqla təmin edirdi.Qalan bütün ev heyvanları müxtəlif xarakterli insanların bənzəridi.QARANQUŞ məsihi insanın surətidi, qaranquş harda alvov görür ora ağzında su gətirib tökür, hətta ev belə yansa, məsihçi dərdli insana kömək edir, onun dərdi böyük olsa da.Bütün VƏHŞİ HEYVANLAR  cin ruhlarının bəznəridi, ŞİR - Şeytanın surətidi, İncildə Həvari Pavel deyir Şeytan nərildəyən bir şir kimi birini parçalamaq üçün axtarır.Bu müqayisə şirin İblisin surəti olmasını anlamaq üçün kifayətdir.Allahın seçdiyi insanlar, məsələn, Davud, Şimşon şir öldürüblər, bu onların ruhani mənada  İblisə qalib gəlməklərini göstərir.CANAVARLAR – cinlərin surətidi (P.S. Hansı xalqlar qurdlarla fəxr ediblər? Hətta dövlətlərinin bayraqlarında belə qurd şəkli olub?) Arılar saleh insanların surətidi, bal fraz edir, bal – Allah Kəlamıdı, arının iynəsi də Allah Kəlamıdı, Rəbbin Kəlamı qılıc kimi kəsir.YARASALAR  da cin ruhlarının surətidi, işıqlıqda uça bilmirlər, cinlər də nurda hərəkət edə bilmirlər, çünki onlar qaranlıq mələyidirlər.SİÇAN da cin ruhunun və İblisin surətidi, necə siçan insan evini deşib  kəsib tökürsə, cin ruhu da başqa bir ev olan insan bəsənini daxilən və ruhən didib dağıdır.Həm də fikir verin ki, deyilənə görə siçan qızıl xoşlayan olur, yəni evdə qızıl görəndə onu oğurlayıb yuvasına aparaır, QIZIL - Allah Kəlamı deməkdi, İblis və cinlər insandan Allah Kəlamını oğurlayırlar ki, onlar Rəbbə sadiq qalmasınlar. Mattanın Müjdəsində Rəbb deyir bəziləri kəlamı sevinclə qəbul edirlər, amma Şeytan gəlib Kəlamı oğurlayır.AĞACLAR  da insanların surəti və bənzəridir.Müqəddəs Kitabda insanlar dəfələrlə ağaclarla müqayisə olunub, yaxşı bar verən ağac var, bar verməyən ağac da var, amma bar verməyəni Allah oda atır, Kəlam deyir.33 dəfə Köhnə Əhddə ƏNCİR AĞACI  İsraillə müqayisə olunub, əncir – İsrailin surətidi, İncildə İsa Əncir ağacında meyvə tapmayanda onu lənətləyir, ancaq əslində o təkcə ağacı yox, İsraili lənətləyir, Ona iman etmədiklərinə görə.O zamandan İsrailə Rəbb tarixində ən uzun cəza dövrü ayırır.Cəca dövrü 1-ci əsrdən 1948-ci ilə kimi davam edir.Üzüm Məsih və Onun tərafdarlarının surətidir.Yəhyanın müjdəsində bu çox gözəl izah edilir (Yəhya 15:1-6). HÖRÜMÇƏK – İblisin surətidi.


TƏBİƏTDƏ BƏNZƏMƏLƏR.

Təbiətdə olan bir çox şeylər insanların surətində və bənzərində yaradılıb.TORPAQ – insanların bənzərindədi, insan özü torpaqdan yaranıb.Bol məhsul verən bərəkətli torpaq -  xeyir-dualı saleh imanlı insanların bənzəridi.Saleh insan daim bəhrə verər, Allah işini görər, Rəbbə itaət edib daim yaxşı işlər görər.Məhsul verməyən bərəkətsiz torpaq imansız insanın surətidi, belə torpaq susuz çat-çat olar, su – Allahın Ruhudu. Allahın Ruhuna malik olmayan insanlar da ruhsuz belə çat-çat olar, bəhrə verməz.DƏNİZLƏR, GÖLLƏR, MEŞƏLƏR  – xalqların bənzəridir.SƏHRALAR– həqiqi imana malik olmayan bütpərəst xalqların bənzəridi, orada suların olmaması Allahın Ruhuna malik olmamasını göstərir, fikir versəniz müsəlman ölkələrin 90% i səhralarda yerləşir: mərkəzi Afrikadan tutmuş Aralıq dənizinə kimi Afrikanın yarısı, Ərəbistan yarımadası, yaxın şərq, İranın və  Pakistanın bir hissəsi, Orta Asiyanın böyük hissəsi, Uyğuriya və s.
DAĞLAR -  Allahın Xalqının suratidi, imanlılar icmasının bənzəridi, Tövratda hətta “dağlar” və “icma” sözləri eyni sayda yazılıb.Allahın yaradığı Cəmiyyət dağlar kimi sarsılmazdı.Dağlar hər şeydən yüksəklikdədi, Rəbbin Cəmiyyətləri də bütün dünya cəmiyyətlərindən üstündü. DƏNİZLƏR – xalqlardı. ÇAYLAR  Allahın Cəmiyyətlərinin surətidir, İncilin Vəhy Kitabında hətta “çaylar” və “cəmiyyətlər” sözləri eyni sayda yazılıb.Çaylar başlangıclarıı dağlardan götürür.İti axan təmiz çaylar Müjdəni sürətlə təbliğ edən Xristian Kilsələridİ, bulanlıq çaylar az bəhrə verən cəmiyyətlərdi. Çaylar axıb dənizə tökülür, cəmiyyətlərdə imanlılar çoxaldıqca Allahın Xalqının sayı da artır.GÖL – Iblisin səltənətidi, göl suyunun dənizlərə çıxış yolu yoxdu, onda olan balıqlar İblisin əsirliyində olan insanlardı.Həvarilərin göldə balıq tutması -  insanları iblisin əsirliyindən çıxarması deməkdi.Yəhyanın Müjdəsin sonunda göldən 153 balıq tutması xilas olunan yəhudilərin hərfən sayının tamı deməkdi.İncildə İsa Məsihin xeyir-dua verdiyi insanların sayı da o qədərdi, İncildə yəhudilər və günah sözləri də 153 dəfə  yazılıb.
YAĞIŞ, QAR, DOLU.Buluddan üç şey yağır: yağış, qar, dolu.Yağış – Allahın sevgisidi. Yağış suyu torpağa can verir, Rəbbin Ruhu bizə həyat verdiyi kimi.Dolu Allahın qəzəb ruhudu, dolu dağıdıcı. Viranedicidi, günahkarlara ziyan verir.Qar – Allah Kəlamıdı, səhrada Rəbbin İsrail Övladlarına göydən verdiyi mannanın surətidi.Rəbbin Cəmiyyətlərinin surəti olan Uca dağların başı həmişə qarlı olur, bu Rəbbin Cəmiyyətlərin Allah Kəlamının bolluğunu göstərir.Dağların qara bürünməsi Allahın Cəmiyyətlərinin salehliyə bürünməsi deməkdi.Ağ qar dağların salehlik libasıdı, salehlik və müqəddəslik də saleh insanların, Rəbbin icmalarının.


GÖY QURŞAĞI və RƏNGLƏR.

GÖY QURŞAĞI və RƏNGLƏR. Göy qurşağı Allahın Nuh bə ailəsliylə bağladığı əhdin əlamətidir.Onda olan 7 rəngin izahı: QIRMIZI – bədənin günahlarıdı  (Yeş 1:16-18)  NARINCI – odla imtahan ( 1 Pet 4:12, 13; Yez 1:4) SARI – imanın qızılı (1 Pet 1:5-9)  YAŞIL - əbədi həyat (Zəbur 92:13-15) MAVİ – Allah Kəlamı (Saylar 15:37-41) GÖY – Padşahlıq  və BƏNÖVŞƏYİ – kahinlik rəngi (İmanın mükafatı)

BAŞQA BƏNZƏMƏLƏR


YUXU – Ölümün bənzəridi.Yuxu da ölümdü. İsa Məsih yuxunu da ölümlə müqayisə edib.(Yəh Müj 11:11-14) Necə ki, xoruz banlayıb yatanları oyadır, Qiyamət Günü də Rəbbin Səsini eşidən beləcə yuxudan (yəni ölümdən) ayılacaq.



Şər fikir
İblis insanı öz təsiri altina salmaq istəyəndə birinci işi bu adama şər fikirlər göndərmək olur. İnsan o fikirləri düşünüb inkişaf etdirdikcə İblis onun aglına hakim olur. Çox keçmir ki. ağlından ürəyinə keçir, və insanda bu fikirləri gerçəkləşdirmək arzusu güclənir, və o adamın vasitəsilə Şeytan istədiyi şər əməlini həyata geçirir..Pis şey fikirləşəndə düşünməyin ki. siz pis adamsınız (bəziləri belə fikirləşir), pis siz deyilsiniz, pis İblisdi, sadəcə şər fikirlər ağlımıza gələndə qəbul etməli deyilik, onu Rəbbimizin adıyla qovmalıyıq. İnsan birdən-birə günah etmir.1) Fikir gəlir, 2) düşünür, 3)arzu yaranır, 4) və dözmür gerçəkləşdirir, günah edir. Fikirlərimiz təmiz olarsa, ağlımız, ürəyimiz və ruhumuz da təmiz olar.Və əməllərimiz də gözəl. Allah bizi qorusun.
***


İnsanların ağaca oxşarlığı
Allah bütün yaratdıqlarını elə belə yaratmayıb, yaratdıqlarıyla insanlara nəyisə anlatmaq istəyir. Gözlə görünən nə varsa - görüməyənin oxşarıdı. Ağacların insanlara bənzəməsinə fikir vermisiniz? 1 Sağlam ağac var, xəstə ağac var. Sağlam insan var, və xəstə insan var. 2 Ağacların meyvələrinin şirin olanı da olur, acı olanı da. İnsanların da bəzilərinin əməlləri şirindi (yəni xeyirlidi), bəzilərinin acı (yəni ki şər) 3 Sağlam ağac bar meyvə verir, çürük ağac yox. İlahi Kəlamla bəslənilən adamın əməlləri pis ola bilməz. Bütün şər insanlarin bağbanı isə İblisdi. Və Qiyamət Günü Allah Taala bütün şər insanlari quru agac kimi oda atacaq...
***


Ruhani müharibə
Yer üzündə insanlar ya Allaha ibadət edir, ya da Şeytana, insan bitərəf qala bilməz.Bir vaxt bir tanışımla söhbət edirdim, ona dedim ki, Allah səni sevir, həyatında nə qədər xeyir görmüsənsə bu Allahın neməti olub sənə. Dedim ki, Allah səni ibadətə çağırır, Allaha ibdət etməyən Şeytana ibadət edir. Dedi ki, mən nə Allaha, nə də Şeytana ibadət edirəm. Ona dedim ki, bitərəf qala bilməzsən, Allaha ibadət etmirsənsə, artıq İblisə ibadət edirsən, çünki Allaha ibadət etməkdən o saxlayır səni, İblisin istəyini yerinə yetirirsənsə artıq bu ona ibadətdir. İnsana bütün ömrü boyu fikir ya Allahdan gəlir, ya da ki Şeytandan. Biz seçim hüququna malikik. Allahdan olan Allahın fikirlərini qəbul edir, və sevinərək yerinə yetirir, amma İblisdən olan onun şər, mənfur fikirlərini sevinərək qəbul edib həyatda gerçəkləşdirir...
***
Ruhani müharibə haqda.

Cinlərdən danışanda insanların bir çoxuna xoş gəlmir, bəziləri cinlərin varlığına inanmırlar, bəziləri inansalar da, onlar haqda eşitmək istəmirlər.Əslində onlar haqda bilmədiklərimizin bizə ancaq xeyri var, çünki onlar bizə qarşı düşməndilər, düşmənlərimizi tanımağımızın bizə xeyri çoxdur.Yer üzundə insanlarla cinlər arasında müharibə gedir.Bu müharibədə vəziyyət elədir ki, cinlər insanları günahlara həvəsləndirərək, onları, daim günah etməyə sövq edirlər.Günah - Allahın Qanununu pozmaq deməkdir.Günah içində ölən insan Cəhənnəmləkdir, və belə insan bu dünyada günah üzündən bədbəxt olar, Qiyamətdə də qurtuluş tapmaz.İnsanın bu dünyada başına gələn bütün bədbəxlıklər, bəlalar və müxtəlif xəstəliklər günah üzündən gəlir.Cinlərlə insanların müharibəsində böyük üstünlük cinlərin tərəfindədir, çünki onlar insanları görürlər, eşidirlər, nə etdiklərini bilirlər, insanlar isə onları nə görür, nə eşidir və nə də onların nə etdiklərini bilirlər.Sual doğur, niyə Allah üstünlüyü onlara verib? Əslində isə üstünlüyü Allah onlara deyil, ilk insan olan Adəmn özü veribdir.Allah Adəmi dünyaya bir şah təyin etmişdi, lakin o zaman ki, Adəm Allaha asi oldu, Allahın Sözünü yerə salıb, Onun Qanunu pozdu, vəbeləliklə də Şeytana aldanaraq öz üstünlüyünü ona verdi, və o zamandan da üstünlük ruhani məxluqlar olan Şeytanın, və onun cinlərinin tərəfindədir.Bu müharibədə insanlar əsasən müdafiə olunurlar, yəni Şeytan və cinləri insanı günaha həvəsləndirəndə, insan tab gətirə də bilər, bilməyə də bilər.Düzgün imanda olmayıb, Həqiqi Allaha ibadət etməyən insanların çoxu, ən azı bir günahın quludur.Bəziləri içkinin quludu, lakin siqaret çəkmir, bəziləri siqarət çəkir, lakin içki içmir, bir çoxları da nə içki içir, nə də siqaret çəkir, lakin başqa bi günahın quludur, məsələn qumarın, zinanın və s.Və Şeytani arzulardan qurtulmaq üçün və cinlərin hücumuna tab gətirmək üçün Həqiqi imana malik olmaq vacibdir.Düzdü, Allah Taala öz nemətlərini həm imanlılara, və həm də imansızlara veribdir, lakin bir çox şeylər vardır ki, Həqiqi imanda olanlara verilir, məsələn AZADLIQ! Necə ki, İsa Məsih demişdir "Buna görə də əgər Oğul (yəni Məsihin Özü)  sizi azad etsə, həqiqətən də, azad olacaqsınız.

Saleh hökmdarın duası

Qədim zamalarda Assuriya adlı bir dövlət vardı. Bir gün bu dövlətin hökmdarı (hansı ki tez-tez Həqiqi Allaha küfr edirdi, məlun) İsrail ölkəsinə hücum etdi və onun paytaxtı İerusalim şəhərini üzük qaşı kimi mühasirəyə aldı. İsrail hökmdarına (O zamanlar İsrail Allahın xalqıydı) məktub göndərib tabe olmasını tələb etdi. İsarail hökmdarı oruc tutub çula büründü və dua edib Allahı çağırdı. Və gecə Allahın bir mələyi enib düşmən ordusunu büsbütün məhv etdi. Səhər açılanda Assur hökmdarı baxıb gördü ki, 185 minlik ordusundan sağ qalan bircə özüdü. Və qaçıb öz ölkəsinə getdi, lakin çox keçmədi ki, orda öz oğlu tərəfindən öldürüldü (Allahsızın axırı belə olur) Bir möminin duası 185 minlik ordunun gücündən möhtəşəm olur. Hər bir rəhbər düzgün imanda olub Allaha ibadət edərsə, Allah onun ölkəsini bütün düşmənlərindən qoruyar. Amma hökmdarlara Allaha boyun əyməyə bir düşmən var ki, ömrü boyu mane olur, bu da onun qürurudu.
 ***
Sevgi əməllə sübut olunur.
Allahın Sözünə görə Allahı və insanları sevmək möminin birinci vəzifəsidir. Allahı sevmək Onun Qanunlarına riayət etməklə sübüta yetirilir, bunu bilirsiniz, bəs möminləri Allahın istədiyi kimi sevmək hansı əməlnən sübuta yetirilir? Mömin baci-qardaşlarınızı Allahın istədiyi kimi sevirsinizmi?? Sevib sevmədiyinizi bilə bilərsiz, bax belə, kim ki, öz mömin qardaşının (qadındısa bacısının) ayağını yuya bilərsə, o onu həqiqətən sevir, kim ki, yuya bilməzsə, və desə ki; "fu, bunu düşünmək belə iyrəncdi", deməli o onu hələ Allahın istədiyi kimi sevmir. Qürurlu adam ayaq yuya bilməz. Əzizlərim, unutmayın ki, Yer üzündəki ən böyük dinin banisə Hz İsa (ə) öz şagirdlərinin ayaqlarını yuyub, və onların da bir birinə qarşı bu əməli həyata keçirməyi məsləhət bilib. Nə təmiz ürəyi var qürursuz möminin.
***

Allah niyə Özünü göstərmir?
Bəziləri deyir ki, Allah yoxdu, O olsaydı Özünü göstərərdi. Yoox, belə düşünməyin. Əgər Allah Özünü göstərmirsə, var bunda bir hikmət. Allahın insanlara Özünün və bütün ruhani Aləmi gösrərməməyinin əsas səbəbi insana AZADLIQ verməyidir. Təsəvvür edin, Allahı görürsünüz, Şeytanı da, mələkləri də və cinləri də. Özününüzü necə hiss edərsiniz?? Yəni ruhani aləm hər yerdə ınsanın gözünün önündədir. (Üzr istəyirəm) tualetə gedir, Allah, Şeytan, mələklər və cinlər ordadı. (Yenə üzr üstəyirəm) hamama və başqa yerə gedir yenə də ONLAR da ordadır. Necə olar insanın halı?? Bütün bunları göstərməməıkdə Allahın istəyi insana AZADLIQ verməyi olub. Mən, şəxsən məmnunam, bəs siz?? Allah böyük hıkmət sahıbıdir!!

***
Dünya bir olub
Dünyamız 6 materikdən ibarətdi, lakin başlangıcda bunlar hamısı bir olub. Lakin Nuhun (ə) 5 -ci nəslindən olan Fələqin zamanında ki, o 239 il yaşayıb, insan təzə bişmiş çörəyi iki əliylə necə bir neçə yerə bölürsə, Allahu Taala da yeri 6 böyük yerə böldü. C Amerika Afrikanın qərb hissəsindən, Ş Amerika isə Afrikanın şimal - qərbindən və Avropanın cənubi - qərbindən ayrılıb.Aşağıdaki xəritəyə baxın.Ya İman Əhli, hər bir rəqəmin mənası var, 6 rəqəminin mənası müvəqqəti və məhvə gedən mənasının daşıyır. Əlbətdə ki, Allah bu mateirkləri vaxt gələndə yox edəcək, dünya müvəqqətidir. Allah hər şeyi bilən Alimdir, və dünyanı da, bizi də, və gözlə görünən və görünməyən nə varsa hər şeyi Özü üçün yaradıb, hər şey Onunudu, və yaratdığını istədiyi kimi istifadə etmək də onun Haqqıdır. Allah dünyanı Adəmin yaranmasından təxminən 1757-1996 -cı illər arasında bölüb ki, o illər Fələqin yaşadığı dövr olub.
***
Əvəz-əvəz.
Allah zalımlığı  heç vaxt sevməz, insan kiməsə qarşı ədalətsizlik edibsə, Allah uzun illər keçsə də onu çəzasına çtdıracaqdı. Xalqlar da belədi, əgər bir xalq başqasına qarşı müharibə edirsə və onun torpaqlarını işğal edirsə, 300, və yaxud da 1000 il keçsə də Allah o xalqı cəzalandıracaq, həm də həmin məğlub olan xalqın əlilə.Gəlin tarixə bir nəzər salaq. Osmanlı imperiyası 624 il mövcud olub, bu imperiya ilk 300 ildə hansı xalqı məğlub edib, ölkəsini də alt-üst edibsə, sonrakı 300 ildə həmən xalqlara da məğlub olub, və rüsvay olub.Serbləri, avstriyalılar, macarları, bolqarları, yunanları və başqalarını darmadağın etsə də, sonralar həmin xaıqlara da darmadağın olub.Xəzər türkləri slavyan ölkəsini 300 ildə əsarətdə saxlasa da, sonra Allah onları slavyanların əlilə yelə yeksan etdi, və yaşadıqları yerləri də onlara verdi.Və bir çox misallar da çəkmək olar.Ya İman əhli, Allahın gözündə bütün xalqlar birdi, bütün xalqları O yaradıb, və hamısını O dillər bölüb və hamısını da sevir. Allahda ayrıseçkilik yoxdu, və Allah ədləti sevir.Zalımları heç vaxt cəzasız buraxmaz.İndi çox həssas bir mövzuya toxunmaq istəyirəm.Çox deyirlər ki, itin (yəni ermənistanın) yiyəsi var, amma müsəlmanın (yəni bizim) Allahı.Yaxşı, bəs elədirsə, niyə Qrabağ müharibəsində yiyəsi olan it qalib gəldi??? Cavabı mənim yuxarıda yazdığımda tapmaq asandır.Unutmayın ki, Müqəddəs Kitabda yazılıb ki, hər qələbə Allahdandır.Həqiqətən insan Allahı sevərsə, Allah ona bir çox sirləri açar, və O bizi öyrətməkdən zövq alır.
***

İsrail.
Çoxları elə bilir Allah İsraili ləhnətləyib atıb, amma əslində belə deyil. sadəcə Allah onları Məsihi çarmıxa çəkdirdiklərinə görə cəzalandırıb. Amma cəza müddəti artıq başa çatıb.Allah hələ çox-çox əvvəl İsrail xalqını təzədən öz torpaqlarına qaytaracağını deyib.Ümumiyyətlə Allahın xasiyətində xalqı və ya insanı əbədi atmaq yoxdu, Onun Sevgisi əbədidir. Görün Rəbb Allah İsrail haqda nə deyir?
Yeşaya:
8Belə bir şey eşidən olubmu?
Belə şeyləri kim görüb?
Bir gündə ölkə yarana bilərmi?
Görəsən insanlar reallığa baxanda niyə həqiqəti görmürlər? Müsəlmanlarin əksəriyyəti elə bilir ki, Allah İsraili ləhnətləyib, onları Cəhənnəmə atacaq.Gəlin reallığa baxaq, İsrail ləhnətlənmiş ölkəyə oxşayır, yoxsa onun ətraflındakı ərəb ölkələri?  Çoxları düşünür ki, İsrail-Ərəb müharibələrində İsrail ABŞın köməyi sayəsində qalib gəldi, amma əslində Allahın köməyi sayəsində İsrail ərəbləri məğlub etdi.Bəli ABŞ İsrilə kömək etdi, lakin ərəb ölkələrinə də SSSR kömək etdi.Vetnam müharibəsində Vetnam SSSRinin köməyi sayəsində ABŞ önündə tab gətirdi, həmin SSSR ərəb ölkələrinə də hərbi yardım etdi, bəs niyə onlar İsraili ram edə bilmədilər? Onların texnikaları da İsrailinkindən çox idi, əsgər sayı İsrailin nəinki ordusundan, hətta İsrailin əhalisindəndə belə çox idi.İsrail Allahın köməyi sayəsində qələbə çaldi.Tövratda Allahın İsrail övladları haqda Sözlərini yada salaq.Levililər 26:7 "Düşmənlərinizi qovacaqsınız, onlar döyüş zamanı qarşınızda həlak olacaqlar.  8 Beşiniz yüz adamı, yüzünüz on min adamı qovacaq. Düşmənləriniz döyüş zamanı qarşınızda həlak olacaqlar.  9 Mən üzümü sizə çevirəcəyəm, sizi artırıb çoxaldacağam, sizinlə olan Öz əhdimi yerinə yetirəcəyəm." Bax elə İsrael-Ərəb müharibələrində elə də oldu. 5 israilli 100 ərəbi və ya 100 israilli 10 min ərəbi qovdu.Göründüyü kim Allah Taala İsraili atmayıb və onunla bağladığı əhdinə sadiqdi, Qiyamətə qədər də sadiq olacaq, çünki Onun Sözü Həqiqidir. bizi yaradan Allah Taala Ədalətlidir, tərəzinin gözü kim, bir qram oüzə-buüzə ola bilməz! Kim hansı xalq zülm edibsə, min il keçsə də Allah zülm görən xalqın əli ilə ona keçmişdə zülm edəni cəzalandırır.Bu barədə yazmışam. Allah bizdən Özü kimi ədalətli olmağımızı tələb edir, bəs siz niyə ədaləti sevmirsiniz? Niyə İsrailin fəlıəstini bambaladığına görə ona nifrət edirsiniz? Bəs fələstinlilərin və digər ərəblərin İsraili yüz illərlə əsarətdə saxlaması və onlara qan uddurması yaxşı idi? Elə bilirsiz Allah onları cəzasız buraxacaqdl? Az ağlıyın fələstinli körpələrə, öz gününüzə ağlıyın, fələstinli körpələr ölən kimi Cənnətə gedir, bəs siz hara gedirsiniz? bunu düşünün.İsarail Allahın seçilmiş xalqıdır! Allah bu xalqı Özü üçün ayırıb! Niyə Allahın xalqını ləhnətləyirsiniz? İsarili ləhnətliyən özü ləhnətlənir, lakin sizin səfeh  imamlarınız və başqa din adamlarınız bunu bilmirlər, özləri ölümə gedir və sizləri də ölümə aparırlar...İsrail dünyanın tam mərkəzindədir, və Allahımız Yerusəlimə enib o Müqəddəs şəhərdən bütün dünyanı idarə edəcək.Həqiqətə inanın, Həqiqəti sevin ki, Behiştlik olasınız.İblis Allahın Xalqına nifrət edir, və öz nifrətini sizin qəlblərinizə də köçürüb, niyə ona inanırsınız? Aldanmayın.Dünyada israillilərdən çox zülmə mərüz qalan xalq yoxdu.Hansı xalq min ildən artıq sürgündə olub?
***

Yəhudi və ermənilər arasında bənzəyiş
Əziz həmyerlılərim, bir həssas mövzuya da toxunmaq istəyirəm. Qarabağ münaqişənin nəilə qurtardığını düşündə ağlıma gəldi ki, bu münaqişə ərəb-israil münaqişəsinə çox bənzəyir.Ərəblərlə bizim və yəhudilərlə ermənilərin çox oxşarlıqları var.Gəlin bir nəzər yetirək:
1 Birinci oxşarlıq.
ermənilər yəhudilərlə qohum millətdi, biz ərəblərlə.Bəziləri deyəcək ki, yox biz türkük ərəblərlə bizim nə əlaqəmiz? Amma həqiqətdə bizim həm dilimiz, həm də qanımız ərəblərlə çox qarışıb.Yəhudilər, arameylər və ermənilər bir birinə qohum xalqlardı.
2 İkinci oxşarlıq.
Ermənilər xristiandırlar, yəhudilərin xristian olanları da çoxdu, olmayanları da.Ərəblərnən bizim dinimiz birdi, İslam.
3 Üçüncü oxşarlıq.
Yəhudilər və ermənilər müsəlmanların əlindən dada gəlib dünyaya yayılıblar ki, onlar bir-birinə çox oxşayırlar.  Bzizm də dədə-babalarımız uzun illər ermənistanı, ərəblər İsraili əsarətdə saxladığı kimi əsarətdə saxlayıblar.
4 Dördüncü oxşarlıq.
Yəhudilər qərb dövlətlərinin köməyi ilə keçmiş vətənlərinə döndülər, erməniləri də ruslar indiki yaşadıqları ərazilərə köçürüblər.
5 Beşinci oxşarlıq.
İsrailə ərəblərlə müharibədə ABŞ kömək etdi ki, bu onların ərəblərə qarşı müharibədən qalib çıxmasına kömək etdi.ermənilərə isə bizlə müharibədə Rusiya kömək etdi.
6 Altıncı oxşarlıq.
Ərəb-İsrail münaqişəsi uzun müddətdi həllinin tapmamış qalır, Qarabağ problemi də uzun müddətdi çözülməmiş qalıb.
7 Yeddinci oxşarlıq.
İsrailin ərəb ölkələrindən keçik olmasıdır, ermənistan da bizdən kiçikdir, həm də Azərbaycanın ərzisinin Fələstinlə oxşarlığı var.Fələstinin Qəzza bölgəsi İsrailin o tayında qalıb, Azərbaycanın da Naxçıvanı ermənistanın o tayında qalıb.
Bəli, oxşarlıqlar çoxdu, lakin İsraillə ermənistan bir şeydə oxşamır. İsrail nüvə silahlarına malik qüdrətli dövlətdir, amma ermənistan dünyanın ən kasıb və zəif dövlətləri sırasındadır.
Və yekunda onu demək istəyirəm ki, ərəblərin İsraili məğlub etməsi müşkül məsələdi, çünki İsrailin arxasında Allah durub, o Allahın xalqıdır. Bəs Qarabağ münaqişə nə ilə qurtaracaq??
***

Dünyəvi dəb kimdəndi?
İnsaniyyət artan zaman, təxminən 4000 il bundan əvvəl Allah-Taala bir xalq yaratdı və bu xalqı təkcə özü üçün deyil, bütün dünyaya örnək vermək üçün yaratdı.Bu xalqı da İsrail adlandırdı.Allah bu xalqa insan üçün lazım olan hər şeyi öyrədirdi.Və bu xalq vasitəsiylə də bütün dünya xalqları üçün dərslik hazırladı.Allahın xalqı Müqəddəs idi, lakin müqəddəslik günahsız olmaq deyil.Bu xalq Ona ibadət etdiyi üçün və onun xalqı olduğu üçün O bu xalqı müqəddəs adlandırdı.Tanrı Müqəddəsdi, və Tanrının xalqı da müqəddəs olmalı idi.Allah deyir müqəddəs olun, çünki Mən Müqəddəsəm.Mövzu dünyəvi dəb haqdadı.Tanrının xalqı çox şeydə başqa xalqlardan fərlənirdi.Geyimi ilə, əxlaqı və bir çox şeyləri ilə onlar bütün  dünya xalqlarından seçilirdi.Məsələn hindli qızların milli geyimi göbəyi açıq idisə, türkyut və xəzər qızları enli şalvar geyirdisə, İsaril qızları uzun don və ya xalat geyərdilər. İsrail kişiləri saçı uzun və saqqalı idisə, bütpərəst kişiləri isə, məsələn: misirlilər, romalılar, yunanlar, makedoniyalılar sasçlarını qısa, saqqallarını isə tamam qırxdırdılar.Qadın elə geyinməlidir ki, ona baxan kişi ehtiras hissi keçirməsin.Kişi də saqqal mütləq saxlamalı və saçını da boynunun sonuna kimi uzaltmalıdı.Tanrı insanı belə görmək istəyir.Saqqalı Tanrı insanın qırxması üçün deyil, saxlaması üçün yaradıb.Allahın demək olar ki, bütün peyğəmbərləri məhz belə görkəmdə olublar.Saqqal kişini kişi kimi göstərir, vüqarlı və nurani kimi göstərir.Kişi və qadının simasında mütləq fərq olmalıdır.Bəziləri deyə bilər indi nə saqqal, nə uzun saç? Belə  keçmişdə olublar.Amma elə bütpərəstlər məhz keçmişdən başlayaraq saç-saqqallarını qırxdırdılar, amma yəhudilər heç vaxt onların dəblərinə keçmədilər.Donuz - saç-saqqalını qırxdıran bütbərəstlərin obrazıdı, Zaman keçdi, peyğəmbərliklər sona çatdı.Və Tanrının xalqı, və onun vasitəsilə yaranan xristian cəmiyyətləri də dünyəvi dəbə keçdilər.Orta əsrlərdə ilk dəsə avropalı qadınlar sinəsi çox açıq donlara keçdilər, kişilər başlarına uzun parik qoyararaq özlərini şərəfsizləndirdilər.İndi demək olar ki, hətta imalılar belə dünyəvi dəbə görə geyinir.Avropalı qızlar orta əsrlərdə sinəsi açıq don geyirdilərsə, 20-ci əsrdən başlayaraq təkcə bununla kifayətlənməyərək qısa donlara da keçdilər.Min illər əvvəl, türkyut, xəzər qadınları enli şalvar geyirdilıərsə, indi dünya qadınlarının böyük əksəriyyəti dar şalvar geyir.keçmişdə hind qızları göbəyi açıq geyirdisə, indi Avropa və Amerika xalqlarının qadınları nəinki göbəyi açıq, hətta yayda şortik belə geyirlər.Demək ki, min illər ərzində günah artıq son həddə çatıb.Hər bir insanı Allah yaradanda onu təmiz yaradır, körpə günah nə olduğunu bilmir, uşaqlar böyüklərə nisbətən saf olur, nifrət, paxillıq nədir bilmir.Amma böyüdükcə onlar da başqalarına oxşayır.Bu ona görə belə oluir ki, günah etdikcə insan bir az da İblisdən asılı olur, günah İblisdəndi.İblis qaranlıqdı, insan günah etdikcə o qaranlıqda irəliləyir, və artıq işıq nədir bilmir.Və göründüyü kimi də insanların keçmişdəki geyimləri indiki kimi biabırçı olmayıb.Xalqlar əslərlə günah etdikcə  İblisə bir az da tutulur.İblisin zövqünə uyğun geyinir.Dünyəvi dəb İblisdəndi.İblis Allahın tam əksidi.iblis istəmir ki, insanlar Allahın iradəsinə və istəyinə uyğun geyinsinlər.Günahkar insan Allahın zövqünə uyğun geyinə bilmir, çünki o günah etdikcə İblis onun hisslərini öldürür, zövqünü də özünə uyğun edir.Amma bir insan tövbə edərək Allaha sığınsa və salehliyi seçsə, Allah da onun ölmüş hisslərini bərpa edir.Vicdanı yoxdursa vicdanını bərpa edir, həyası yoxsa həya verir, açıq-saçıqlığı əvvəllər sevirdisə, artıq ona nifrət edir.Dünyəvi insanların əksəriyyəti saqqala nifrət edir, saqqalı onun nəzərində çirkindi, amma saleh insanın nəzərində bu tamam fərqlidi, bu ona gör belədir ki, saleh insan dünyaya Rəbbin gözü ilə baxır, dünyəvi insan isə İblisin gözü ilə.Əziz inan, sən də dünyəvı dəbə görə geyinənlərdənsənmi? Bil ki, Tanrının nəzərində bu pisdir.Allah sənin zövqünü Öz iradəsinə uyğun hər an dəyişdirə bilər.Və o sənni çox sevir, Tanrıya yaxınlaş, və səndə İblisin istəyin uyğun olan hər şey dağılacaq.İblis həmişə Allahdan qaçır.Xilaskar, Rəbbin Oğlu, Behiştə Əbədi hökmdarımız olan İsa Məsihin Adıyla.Amin!!!

***
Sözlər görünüşə malikdi
Bir insanın gözlərini Tanrı açmışdı, və o ruhani aləmi seyr etmişdi.O insanın dediyinə görə insanların ağızlarından çıxan sözlər görünüşə malikdi.Düzdü, o demədi nə görüşündədi, amma bunu bilmək o qədər də çətin deyil.İnsanın ağzından iki cürə söz çıxır, xeyirli sözlər və şər sözlər.İki gənc tanış olur, xoşlayırlar bir birini.Və biri o  birinə sevdiyini söyləyərək başlayır ona eşq sözləri deməyə, və o adam sevgi sözlərini eşidərək özü də aşiq olur.Lakin sevgini yaşatmayanda sevgi azalır və ölür.Demək ki, insandan çıxan sözlər də canlıdır və sevgi də canlıdır, və sevgini qidalandırmayanda o yox olur.İndi də şər sözlər haqda.Yəqin ki, çoxlarınız bu məsəli eşitmisiniz:"Güllə yarası sağalır, amma söz yarası sağalmır" Əslində söz yarası da sağalır, amma fiziki yarayla müqayisədə bir qədər gec.İnsandan çıxan şər sözlər güllədən də  betərdi, ox kimidi, insanın canını, ruhunu zədələyir.Əgər bir insan başqasını tərifləyirsə, o sevinir və fərəhlənir.Amma bir insan başqasını öz sözləriylə  incidirsə, o çox pis olur.Demək ki, həqiqətən sözlə



Musiqidəki İlahi Güc hardandı

Salam əziz dostlar.Yəqin razılaşarsınız ki, dünyada musiqiyə qulaq asmayan insan yoxdu.Niyə musiqi insana bu qədər xoş gəlir? Əlbəttə, hər şeydə xeyir və şər olduğu kimi musiqidə də belədir.Bir çox musiqi var ki, o musiqilərin insana çox xeyri var, amma bəzi musiqilər var ki, o musiqlərin insanın əhvalına və psixikasına çox ziyanı var, bunlar şər musiqilərdi, və belələrinə qula asmaq lazım deyil.İnsana xeyri olan musiqilər İlahi musiqilərdi ki, onlara qulaq asanda insan Yaradanı çox güclü hiss edir.Müqəddəs  Kitabın əsasında çəkilən filmlərdəki musiqlər Tanrıdandı.Çünki həmin filmlərin özü Allahdadı.Bir çox epik musiqilər var ki, insanın ruhunu oxşayır.ilahi musiqilərin insana xeyri çoxdu, məsələn: məsələn musiqi yaralı qəlbi sağaldır, musiqi insanı ruhlandırır, musiqi olan yerdən şər ruhlar çəkilir, musiqi əhvalı yaxşılaşdırır, musiqi xarakteri dəyişir, musiqiyə  qulaq asanda insanın ürəyindəki incikliklər silinir, musiqi kini yuyur, musiqi qəzəbi yatırır.Bəs yaxşı, heç düşünmüsünzmü  ki, musiqidəki bu güc hardndı? Amma Müqəddəs Yazıları oxuyanda bunu anlamaq olur.Tanrı Kəlamına görə Allah insanı Öz Surətində və Bənzəyişində yaradıb.Ona görədir ki. Insanda olan büütn xeyirli keyfiyyətlər və və hisslər Tanrıda da var.Məsələn, Sevgi, kədər, qəzəb, təbəssüm, qısqanclıq, peşmançılıq.Elə isə insana musiqi bu qədər xoş gəlirsə,  bəs Allaha necə xoş gəlməyə bilər? 150 duadan ibarət olan Zəbur kitabı Müqəddəs Yazıların ən  böyük hissədir.Və demək olar ki. Bütün bu dualar, həmdlər musiqi sadaları altında edilir.Çünki Rəbb kitabda Özü belə öyrədir.Buna gördəir ki, məsihçilər daum musiqi ilə dua edirlər.Əslində musiqidə güc yoxdur, sadəcə musiqi Allahlın o qədər xoşuna gəlir ki, musiqi olan yerdə O, Özünü hiss etdirir.çünki tanrı musiqiyə çox valehdir.Bir çox insanlarda klinik ölüm halları olub, onlar göylərdə, Allahın yanıənda olublar, və onların da əksəriyyətinin dediyinə görə Tanrı Özü musiqi əhatəsində yaşayır.Cənnət olanların şəhadətinə görə oranın hər yerində musiq çalınır. Qəlbi sınıq insan musiqiyə qulaq asanda musiqi onu sağaltmır, Allah sağaldır,  günah edən insan musiqiyə qulaq asanda sıxıntıdan onu musiqi qurtarmır, Allah ona şəfa verir.Çünki musiqi Tanrıya çox toxunur, musiqi Tanrının qəzəbini yatırır.Buna görədir ki. Bir çox məsihilər, cin ruhları onlara hücum çəkəndə musiqiyə qulaq asırlar.Musiqi olan yerdə Allah özünü hiss etdirir.Allah Nurdu, Nur olan yerdə qaranlıq olan şər itir.Bəzi məsihilərin evlərində hətta onlar evdə olmayanda belə musiqi sadaları əskik olmur.Çünki harda ilahi musiqi var, orda Allah Özünü hiss etdiri.Allah musiqini insandan da çox sevir, çünki sonu olmayan Yaradan Tanrıda hisslər lap böyükdü.Musiqi Allahı sevindiri. Musiqi Allahın qəzəbini yatırır, musiqi Allahı rəhmə gətirir.

Zəbur 150: 
3Şeypur səsi ilə Ona həmd edin! Çənglə, lira ilə Ona həmd edin! 4Dəflə, rəqslərlə Ona həmd edin! Sazla, tütəklə Ona həmd edin! 5Xoş səsli sinclərlə Ona həmd edin! Cingildəyən sinclərlə Ona həmd edin! 6Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin! Rəbbə həmd edin!

Bəs yaxşı, 3 əsas milli musiqi alətimiz olan; Tar, kamança, və qabalın ruhanu mənası nədir? Fikir versəniz görərsiniz ki, tar - qılıc görkəmindədir, kamança – ox, qabal isə - qalxan.Bunula Tanrı bizə demək istəyir ki, şərin oxlarına qarşı iman qalxanı ilə durub, Allah Kəlamı olan ruhani Qılıcla döyüşmək lazımdır.




Yehovanın şahidlərinə. (1) Birinci dəfədir ki, burda müsəlmanları bir kənara qoyub Yehovanın şahidlərinə yazıram, görürəm səhifəmə arada onlar da gəlir.Əziz şahidlər, Rəbbi sevən bir insan kmi sizə məsləhət edirəm ki, öz kitablarınızı bir kənara qoyub İncili dua ilə oxuyasınız, Rəbbdən diliyisiniz ki, Məsihin kim olduğunu sizə açsın.Məsihin Allah və Rəbb olduğunu inkar edən şəxs Səmavi Səltənətə girməyəcək.İncilin bir çox yerlərində İsa Məsihin Tanrı olduğu bildirilir, elə isə niyə inkar edirsiniz? Başlıyaq Yəhyanın müjdə kitabından.Birinci ayətdə yazılıb ki;"Başlanğıcda Kəlam vardı, Kəlam Tanrıdaydı və Kəlam Tanrıydı" sonra da Yəhya deyir ki;"və Kəlam bəşər olub aramızda yaşadı" Bəşər insan deməkdi, deməli Kəlam olan Allah insan oldu.İsa ölülərdən diriləndə həvari Toma Onu "Rəbbim" və "Allahım" adlandırdı! İsa Məsih Rəbb və Allah olmasaydı məgər onun səhvini düzəltməzdi? Həvari Pavel Timoteyə məktubunda açıqca yazır ki; "Tanrı bədəndə göründü" Başqa məktubunda Pavel yazır ki, Melxisedek Məsihin bənzəri olub, əvvəli və axırı bilinməyən (İslamda Əl-Əvvəlu və Al-Axiru).Bir Tanrının əvvəli axırı yoxdu.Vəhy kitabında İsa deyirki mən Alfa və Omeqayam. (İslamda Əlif və Əliflam) Tanrıdan başqa kim deyə bilər ki, hər şeyin Əvvəli və Axırıyam? Ümumiyyətlə Müqəddəs Kitabın bir çox yerlərində Məsihin Tanrı olduğu bildirilir.Yəhyada İsa Məsih açıqca Allahın Musaya açdığı Adla Özünü adlandırdı.Siz də müsəlmanlar kimi Həqiqəti bilmirsiniz.DaxilinizdəTanrının Ruhu var? Dolursunuz Müqəddəs Ruhla dua edən zaman? Əgər Rəbbin Ruhuna malik deyilsinizsə inanın ki, hələ xilas olmamısınız.Rəbb sizə Həqiqəti açsın.Amen! İblisin Yehovanın şahidləri cəmiyyətini yaratmaqdakı məqsədi. (2) Köhnə Əddə bəşəriyyətə sərt Qanunlar qoyan Tanrı, İsa Məsihdən başlayaraq bəşəriyyətlə Yeni Əhd bağladı.Keçmişdə Allahın Xalqı Qanun altındaydısa, Yeni Əhdlə lütf dövrü başladı.Rəbbin Sözünə görə heç kimsə Qanuna riayət etməklə Allahı məmnun edə bilməz və heç bir insan Qanun vasitəsilə saleh sayıla bilməz. İnsanları yoldan azdıran İblis hər an çalışır ki, Müqəddəs Kitaba iman edənlər lütfdən yararlanmasın.Ona görə də insanları Köhnə Əhdə daha çox bağlamaq istəyir.Diqqət yetirin ki, bir çox xristian cəmiyyətləri var ki, Köhnə Əhdin Qanunları və ya əsasları üzərində qurulmuşdu.Məsələn ASD xrsitian kilsəsi, hansı ki, bu cəmiyyət insanları Köhnə Əhdin Qanunlarına əməl etməyi inandırmağa çağırır.Lakin bu cəmiyyətdən də təhlükəlisi "Yehovanən şahidləridi" Tanrının YEHOVA Adı Müqəddəs Kitabda 7 min dəfədən çox yazılıb.Lakin Yeni Əhddən başlayaraq bi Ad Rəbb sözünə dəyişdirilmişdir.Sizcə Allahdan icazəsiz Allahın bu Adını dəyişdirə bilərdilərmi? Əlbəttə yox.Tanrı Müqəddəs Kitabı dəyişiklikdənn qoruyqacağını bildirmişdir.Yeni Əhddə Tanrı cismən zühur etdi, bu Müqəddəs Kitabda açıq yazılıb.Və buna demək olar ki, bütün xristianlar hər bir dövrdə şübhəsiz inanıblar, ancaq Yehovanın şahidlərindən başqa.Tanrı insan oldu, və İSA Adı ilə izzətlndi.Müqəddəs Kitabda Yehova Adını Rəbb sözüylə əvəzləyən Tanrı istəyir ki, Ona iman edənlər Onu məhz İSA Adı ilə çağırsınlar.Amma Yehovanın şahidləri Tanrının YEHOVA Adını təzədən dirçəltməklə məhz onların doğru yolda olduqlarını göstərmək istəyirlə, və təəsüf ki, bu yalana özlərini və bir çoxlarının inandırılar. Yehovanın şahidləri cəmiyyəti Allahdan ola bilməz. Ona görə ki: 1-cisi: onlar İsanın Tanrı olduğuna inanmırlar, halbuki Müqəddəs Kitabda bu deyilmişdi. 2-cisi: onlar Müqəddəs Ruhun Tanrı olmasına inamırlar, halbuki Müqədddəs Ruhun Tanrı olması da İncildə bildirilmişdir.Tanrının Ruhu Tanrının Özüdü, Müqəddəs Kitabın heç bir yerində Bu Ruhun Tanrı tərəfindən yaradıldığı deyilməmişdir, yaradılmayan ancaq Tanrıdı. 3-cüsü: Yehovanın Şahidləri ölü cəmiyyətdi, bu cəmiyyətdə başqa kilsələrdəki kimi cinlərin qovulması və insanların şəfa alması müşahidə olunmur.Tanrının cəmiyyəti ölü ola bilməz, İsa özü əvvəlcədən bildirdi ki, Onun Adıyla ölüləri dirildəcəklər, cinləri qovacaqlar, xəstələrə şəfa verəcəklər. Və bir çox səbəblər.Yehovanın Şahidləri Allahın Yehova Adının Allahın Yeganə Adı olduğunu deyib, Tanrının başqa Adlarını Ad deyil, titul saymağı yanlışdı, çünki Müqəddəs Kitabda o Adlar titul deyil, məhz AD- adlanıb. Həqiqi xristianlar Müqəddəs Ruhla dolarkən inanılmaz sevinc duyurlar və bu Ruhla dolmaqlarını hiss edirlər.Lakin Yehovanın şahidləri bu duyğunun nə olduğunu bilmirlər.Onlara Müqəddəs Ruhla dolanda nə hiss edirsən sualını verəndə onlar çaşıb qalır, bu da onun göstəricisidr ki, onlar Müqəddəs Ruha malik deyillər.Daxilində Müqəddəs Ruh olmayanları isə İsa Məsih ölü adlandırıb.Və Müqdəddəs Ruhdan doğulmayan heç bir adam Səmavi Səltənətə girə bilməz.Yehovanın şahidləri ölümə gedirlər, lakin bunu bilmirlər.Süleymanın Məsllləri Kitabında deyilib ki, bir çox yollar var ki, düz kimi görünür, lakin sonu uçurumdu.Yehovanın Şahidləri də məhz belə yolla irəliləyirlər. İblisin Yehovanın Şahidləri cəmiyyətini yartmaqdakı məqsədi insanları başqa biy yalana inandırması və onların xilasa nail olmamasıdır.Yehovanın Şahidləri cəmiyyətində xilas yoxdu.Tanrının cismən zühurunu təkzib edənlərin həyatında ALLAH yoxdu.Fikir verin, elə bir insan yoxdu ki, İsa Məsihə iman etməzdən qabaq Yehovanın şahidləri ilə qarşılaşmasın.Həqiqətə gələn insana İblis birinci öz xidmətçilərini göndərir.Lakin Allahın hələ dünyanı yaratmazdan əvvəl seçdiyi və Həyat Kitabında adı yazılmış övladı Yehovanın şahidlərinin iyrənc yalanlanına inanmaz. Bir də fikir verin ki, Yehovanın şahidlər İsa Məsihi "İsa peyğəmbər" kimi adlandırırlar, İslamdakı kimi.Halbuki, İncildə bir nəfər belə İsaya "İsa peyğəmbər" deyə müraciət etməmişdir.İsa son peyğəmbərdi, lakin O, Allahın Oğlu, Xilaskar və bədəndə gələn Tanrı kimi məhşur olub!!! bir peyğəmbər kimi yox! Sonda bir sual verim, Yehovanın Şahidləri Tanrının YEHOVA Adı ilə çox qürrələnirlər.Son 2 min ildə Tanrının İSA Adı ilə bir çox ölüləri dirildiblər, minlərlə insanlardan cinləri çıxarıblar, minlərlə xəstələrə, şikəstlərə şəfa veriblər.Bəs yaxşı Tanrının YEHOVA Adı ilə nə xarüqələr yaradıblar? Bir ölmüş milçəyi belə dirildə biliblərmi? Əgər Allahın YEHOVA Adı ilə heç bir möcüzə göstərə bilməyiblərsə, bəs niyə Allahın bu Adında qüvvə yoxdu: Ey Yehovanın şahidləri, biz İsa Məsihi həm Tanrının Oğlu, həm də Tanrının Özü olmasına inanırıq, siz isə Onun təkcə Tanrının Oğlu olmasına inanırsınız.Yaxşı, əgər bu belədirsə, bəs niyə Tanrının Oğlunun Adında qüvvət var, lakin Tanrının Öz Adında, yəni YEHOVA Adında güc yoxdur?



Комментариев нет:

Отправить комментарий