Əhvalatlar


Saleh qızın istəyi.
Bir gün bir qız kilsəyə gəlib keşişə deyir.Müqəddəs ata. məni çox oğlan istəib, lakin onlarda olan bəzi mənfi keyfiyətlərə görə mən onların heç birinə ərə getməmişəm.Mən istəyirəm ki, mənim ərim Allahı və məni çox sevsin, daim dua etsin, insanlara Allahı daim tıəbliğ etsin, məni heç zaman səhvimə görə mühakimə etməsin, məni həmişə bağışlasın, insanların pisliyinə pisliklə cavab verməsin, bütün insanları sevsin. onlar üçün dua etsin, qeybət etməsin, pis söz danışmasın, mənə qarşı daim nəzakətli olsun,and içməsin, lənət etməsin, bir sözlə Allah adamı olsun.Belə bir mömin şəxs tanıyırsınızmı? Keşiş bir qədər fikrə gedəndən sonra gülümsəyib  cavab verir ki, İsa Məsihdən başqa belə bir insan tanımıram
***


Bir kişinin yuxusu.
Biri pis yuxu görür, gecə dəhşət içində oyanır və deyir:
beyt
Görəsən bu yuxu İblis əbləhdəndi?
Yoxsa Allahım olan Rəbbimdəndi?
Yuxu ya Allahdandı, ya da Şeytandandı, bunu ayırd etmək üçün Allah Taalanın Qanunlarını və iradəsini bilmək lazımdı.Həmin kişi gedir hamının tanıdığı bir Allah adamının evinə və soruşur ki:
beyt
Tez-tez bir qorxulu eyni yuxu görürəm
Yuxumda bataqlıqda boğulub az qala ölürəm.

Allah adamı ondan soruşur ki, nə işlə məşğulsan? kişi deyir faizlə pul verib daim sələmlə məşğulam.Allah adamı deyir ki, sələm böyük günahdır, Allah nəzərində faizlə pul vermək ən çirkin əməllərdən biridir.Çəkin bu əməldən, Allahdan qorx.Sənin gördüyün o yuxunun mənası budur ki, sən böyük günah edirsən, faizlə pul verib yıgsan da, əslində uçuruma gedirsən, tövbə et ki, Allah da səni bağışlasın, evin viran qalmasın.Kişi deyir:
şer
Bir də sələm vermərəm
Belə əməl etmərəm,
Rəbbi bir də üzmərəm
Çünki Onu çox sevirəm!
***


Nəsrani qızının hekayəsi.
İslam ölkələrinin birində, bir keşişin gözəl bir qızı var idi.Qız gözəlliyi və salehliyi ilə çox məhşur idi və o məbəddə atasl ilə yaşayarmış.Onunla bir çox müsəlman oğlanlanlar dost olmaq istəyirdi, lakin qız elə şərt qoymuşdu ki, oğlanlardan heç biri onun şərtini qəbul edə bilmirdi.Şərti də bu idi ki, deyir gələk mənimlə dost olmaq istəyən mütləq mənim dinimi qəbul etsin!
beyt
At dinini gəl əbədi dost olaq
Deyib gülüb burda mehriban qalaq.
Qıza valeh olan bir gənc, bir gün onun təklifini qəbul edir.Oğlan qızla dostlaşır və onunla dostlaşdıqca qıza lap vurulur, ona evlənmk təklifi edir, lakin qız onun təklıfini qəbul etməyib deyir:
beyt
Sən ki, bir gözələ satdın dinini
Başqa gözələ satarsan bir gün də məni...

***

Salehlər və nənə.
Azərbaycanın şimal dağ kəndlərinin birində bir neçə məsihçi tez-tez bir evə yığışıb, ilahilər oxuyub Allaha həmd-səna edərlərmiş.Bildiyiniz kimi də, Məsihilikdə Allah – Atadır və onların ilahilərində “Ata” sözü tez-tez deyilərdi:
şer
Ey Səmavi Atamız
Adın Müqəddəs olsun,
Yer üzündə Qüdrətin
Şanın Şöhrətin olsun!
Qonşuluqda yaşayan bir qarı nənə bunların tez-tez ata demələrini eşidib təəcüblənərmiş.Və bir gün dözməyib onlardan soruşdu ki, “Ay bala, bəs siz bu qədər ata mahnısını oxuyursuz, amma bir dəfə eşitməmişən ki, anaya aid mahnı oxuyasız, bəs bilmirsiniz ki, cənnət anaların ayaqları altındadu?” Möminlər onu başa salb deyirlər ki, onlar məsihçidirlər, İsaya inanırlar və onların dinində Allah – Atadır.Arvad bunu eşidib donub qalır və onlara deyir ki, öz dinimiz var ay bala, öz imanımız var:
nənə
Nə İsa, nə Məsih, nə səmavi ata?
Görməmişəm ki, bir şəxs İslamı ata,
Kim ki, öz dinini başqasına sata
Qoy bu aləmdə o, heç xeyir tapmaya!
Oğlanlar cavabında dedilər:
salehlər
Qarğış etmə bizə, ay qarı nənə
Məgər ki, biz sənə edirik tənə?
Sənin zülm qarğışın keçməz bizlərə,
Çünki biz tabeyik Rəbbin Özünə!
Qarı nənə lap qəzəblənib deyir:
nənə
Allah lənət etsin siz kafirlərə
Üç ilaha inanıb küfr edənlərə,
O cür ki, dini, siz ki, satdınız
Min lənət olsun siz nanəciblərə!
Salehlər
beyt
Bizsə deyirik sənə Rəbb min bərəkət versin!
Bütün bəla, şər və dərd - ailəndən yan keçsin!
Qarı
beyt
Xeyirxah göstərməyin siz kafirlər özüzü,
Qandırmaq olmur vallah sizin kimi öküzü...
Salehlər:
beyt
İnsana olan nifrət düşmənimiz şərdəndi
Səndə olan küdurət bəlkə də yoxdu şərdə....
Nənə
beyt
Mənə ağıl öyrətmə, körpə uşaqsız hələ
İsa Rəbdir deyirsiz, necə olur bu söylə?..

Salehlər:
şer
İçin kinlə, küdurətlə doludur
Onlardan azad ol, sonra duaya dur,
Soruş Rəbbdən, kimdir Məsihi İsa
Ki, Ona deyirlər Rəbbin Oğludur.
Nənə:
beyt
And olsun Allaha doğru yolda deyilsiz
Müşriklərin yolu ilə siz bilmədən gedirsiz.

Salehlər ona xeyir-dua verib oradan uzaqlaşırlar...İncil, Mattanın Müjdəsi 10:22 “Mənim (Isa deyir) adıma görə hamı sizə nifrət edəcək...”



Pisliyə qarşı yaxşılıq.

Allahın nəzərində ən uca insan odur ki, pisliyə pisliklə cavab vermir. Bir gün bir saleh dinsizə Allahı təbliğ edir, deyir günah həyat yaşama, Allaha iman et, Ona ibadət et, səni O yaradıb, Onun sayəsində ayaqdasan və nəfəs alırsan. Dinsiz başliyir buna söyməyə, Allah adamı onunçün dua edir deyir Allah səni hidayət etsin, dinsiz lap qəzəblənir, dözmür salehi vurur, Allah adamı yenə onun üçün dua edir, deyir Allah sənə xeyir-dua versin, və uzaqlaşır ordan. Dinsiz gəlir evinə, hadisəni o qədər düşünür ki, o gecə yata bilmir, vicdan əzabı çəkir. Səhər başlıyır salehi axtaramağa, istəyir onu tapıb üzr istəsin, ancaq yalnız üç gündən sonra tapır, diz çökür ki, onu bağışlasın. Deyir:

Ey insan de,  sən kimsən?
Bilmirəm, bəlkə müqəddəssən?
 Mən səni vurduğum zaman,
Niyə sən də vurmadaın o an?

Allah adamı onu başa salır ki, Allah belə istəyir, O istəyir ki, insanların pisliyinə pisləklə cavab verməyək.Saleh ona axşama kimi Allahdan danışdı, və o adam Tanrının önündə diz çöküb Ona iman etdiyini, və heç zaman imanından dönməyəcəyini söz verir, və ölənə kimi də imanından dönmür. Dinsizləri, bütpərəstləri biz ancaq sevgiylə imana gətirə bilərək. Allah istəsəydi bir dəfə Özünü dünyaya göstərərdi ki, bütün insanlar, dilənçidən tutmuş - zalım rəhbərlərə kimi hamı Onun önündə səcdə qılardı, və dünyada da imansız adam olmazdı. Lakin Allah Taala istəyir ki, insanlar qorxudan deyil, Onu sevərək Ona ibadət etsinlər.

***



Keşişkənd

Ərəblər Azərbaycana hücum edəndə, məhv edilmiş bir qəsəbədən 7 keşiş baş götürüb çəkilir ölkənin ən ucqar dağlarına, insanların elə də tanımadığı bir yerə gəlib, başlayırlar məskən salmağa.Onlar burda ev tikib yaşayırlar, Rəbb də onları bərəkətləyir, gözəl bir üzüm bağı salırlar.Orada bir məbəd də tikib Rəbbə dua edirlər ki, bu məbəd heç vaxt boş olmasın.Beləcə illər davam edir.Gündüz üzümlükdə işləyib, gecələr dua edərlərmiş, əyinlərində də həmişə keşiş paltarı olarmış.Amma günlərin bir günü səhər üzümlüyə gedəndə bağdan bir oğru çıxdığını görürlər.Adam keşişləri görən kimi yığdığı üzümü atıb qaçmaq istəyir, amma onlar oğrunu saxlayıb üzüm səbətini də bir az da doldurub onu sevinclə yola salırlar.Adam çaşıb qalır.Səhərisi günü gəlib keşişlərdən niyə belə etdiklərini soruşanda, onlar cavab verir ki, onlar məsihidirlər, təlimlərinə görə mühakimə etməli deyillər.Həmin adam da səhərisi günü başına dost-tanışını yığıb gəlib onlarla məskən salır.Keşişllər səhərdən axşama kimi işləyir, onlar isə təndəllik edib, üzümdən də çaxır düzəldib hər gün yeyib-içərlərmiş.Amma keşişlər hər gün axşamlar dua edəndə onlar keşişlərə baxıb onları anlamaq istərlərmiş.Keşişlər yaşlı adamlar idi və beləcə bir neçə il ərzində hamısı dünyasını dəyişir.Tanrı keşeişlərin duasına görə əyyaşlara lütf etdi, onların ürəyini imanla və sevgiylə doldurdu.Və onlar da mömin oldular.Keşişlərin paltarlarını geyib, səhərlər işləyib, yığdığı üzümləri yaxınlarda olan kasıb-kusuba paylayayar, axşamlar isə hər gün dua edərlərmiş.Onların səxavətini görən insanlar orada sakin olmaq üçün yanlarına gələrlərmiş.İllər ötdü, onlar da dünyalarını dəyişdi, amma orada həyat davam etdi.İndinin özündə də orada olanlar ancaq keşişlərdi.Səhərlər işləyər, axşamlar dua edərlər, əyinlərində də həmişə keşiş paltarı.Elə ona görə də oraya Keşişkənd deyərlər.


Комментариев нет:

Отправить комментарий